Accessibility links

Yaponiyanın Rusiyadakı səfiri Moskvaya geri döndü


Yaponiyanın Rusiyadakı səfiri Moskvaya geri döndü

Yaponiyanın Rusiyadakı səfiri Moskvaya geri döndü

Səfir Masaharu Kono Yaponiyaya çərşənbə günü geri çağırılmışdı

Mübahisəli adalar ətrafında yaranmış gərginliklə bağlı Tokioya geri çağırılmış Yaponiyanın Rusiyadakı səfiri bu gün Moskvaya qayıdıb. Səfir Masaharu Kono Yaponiyaya çərşənbə günü geri dönmüşdü. Yaponiya Rusiya prezidenti Dmitri Medvedyevin hər iki tərəfindən iddia olunan adaya səfərinə etiraz etmişdi. Ötən həftənin bazaar ertəsi cənab Medvedev Rusiyada Kuril adaları, Yaponiyada isə Şimal Ərazilər kimi tanınan adaya səfər edən ilk Rusiya lideri olmuşdu. Yaponiya baş naziri Naoto Kan cənab Medvedevin Kunaşiriyə səfərini təəssüf hissi ilə qarşıladığını bildirmiş, xarici işlər naziri Seici Mahara isə Rusiyanın Yaponiyadakı səfirinə etiraz notası təqdim etmişdi.

XS
SM
MD
LG