Accessibility links

Yaponiyanın sunamiyə məruz qalan bölgəsində cəsədlərin axtarışı həyata keçirilir


Yaponiyanın sunamiyə məruz qalan bölgəsində cəsədlərin axtarışı həyata keçirilir
Yaponiyanın sunamiyə məruz qalan bölgəsində cəsədlərin axtarışı həyata keçirilir

Yaponiyanın sunami və zəlzələyə məruz qalan şimal-şərq bölgəsinə 25000 əsgərdən ibarət qüvvə cəsədlərin axtarışını həyata keçirir. Onlarla təyyarə, qayıq və dalğıc iki günlük axtarış əməliyyatına cəlb edilib. Bu, altı həftə əvvəl baş verən təbii fəlakətdən sonra üçüncü genişmiqyaslı əməliyyat hesab edilir. İndiyədək 14300 cəsəd aşkar edilib. 12000 insan hələ də itkindir. İlk dəfə olaraq Fukuşima atom-elektrik stansiyası yerləşən bölgədəki fermalara heyvanların vəziyyətinin araşdırılması məqsədi ilə baytarlar göndərilib. Keçən həftə hökumət zəlzələnin vurduğu ziyanların aradan qaldırılması məqsədi ilə 50 milyard dollar məbləğində vəsait ayırıb.

XS
SM
MD
LG