Accessibility links

Yaponlar nüvə reaktorlarını təmir etməyə çalışırlar


Yaponlar nüvə reaktorlarını təmir etməyə çalışırlar
Yaponlar nüvə reaktorlarını təmir etməyə çalışırlar

Təmirçi heyətlər Yaponiyanın zədələnmiş Fukuşima nüvə stansiyasında soyutma sistemlərini bərpa etmək üçün fasiləsiz çalışırlar. Dünən bu heyət altı reaktordan ikisndə səmaya tüstü qalxdıqdan sonra evakuasiya edilmişdi.

Rəsmilər deyirlər ki, elektrik kabellər altı reaktorun hamısına çəkilib və yaxın bir neçə gündə işə düşəcək. Lakin nüvə yanacağı naqillərini qızmaqdan qoruyan nasosların nə dərəcədə zədələndiyi, yaxud onların hansı tezlikdə təmir oluna və ya əvəzlənə biləcəyi aydın deyil.

Ağ rəngli tüstülər iki reaktordan qalxmaqda davam edib, lakin rəsmilər bunun sadəcə buxar olduğunu deyirlər. Belə ki, ərazidə radiasiyanın artması müşahidə edilməyib. Rəsmilərdən biri artıq nüvə reaktorunun özəyinin tam ərimə təhlükəsinin sovuşduğunu bildirib.

Nüvə reaktorlarından qaynaqlanan təhlükənin azalması fonunda invfestorların səhm bazarına etimadı artıb. Nikkey səhm indeksi ötən gün ərzində dörd faiz qalxıb.

XS
SM
MD
LG