Accessibility links

Yaponlar okeana axan radioaktiv suyun mənbəyini tapıblar


Yaponlar okeana axan radioaktiv suyun mənbəyini tapıblar
Yaponlar okeana axan radioaktiv suyun mənbəyini tapıblar

Nüvə təhlükəsizliyi üzrə rəsmilər Yaponiyada zədələnmiş nüvə stansiyasında yenicə aşkar edilmiş çatdan okeana radioaktiv suyun axdığını müəyyən ediblər.

Rəsmi sözçü Hidehiko Nişiyama müxbirlərə deyib ki, radiasiyalı su Fukuşima nüvə stansiyasının civarından Sakit Okeana 20 santimetrlik çatdan axır. O, bu növ başqa çatların mövcud ola biləcəyini deyib və əlavə edib ki, “biz onları mümkün qədər tez tapmalıyıq.”

Tokyo Elektrik Enerjisi Şirkəti çatı qaptmaq üçün çalaya beton tökməyə başlayıb.

Bir gün öncə Yaponiya baş naziri Naoto Kan ilk dəfə olaraq sunaminin darmadağın etdiyi bölgəyə gəlib. Sunaminin viran qoyduğu Rikuzentakata şəhərində cənab Kan şəhərin meri ilə görüşüb. Merin həyat yoldaşı sunaminin qurbanı olub və hələ də itkindir.

XS
SM
MD
LG