Accessibility links

Yaponlar tayfunun nəticələrini aradan qaldırmağa çalışırlar

  • Amerikanın səsi

Yaponlar tayfunun nəticələrini aradan qaldırmağa çalışırlar

Yaponlar tayfunun nəticələrini aradan qaldırmağa çalışırlar

Yaponiyada xilasedicilər palçıq və dağıntılar arasında tayfundan sağ qalanları axtarmaqda davam ediblər. Dünən Talas tayfunu ölkənin qərb sahillərini viran qoyub.

Yaponiya mediası tufanın gətirdiyi palçıq sürüşmələri və sellər nəticəsində 27 adamın öldüyünü və 50-sinin itkin düşdüyünü xəbər verir. Bu son yeddi ildə Yaponiyada baş vermiş ən ölümcül qasırğadır. Yol və körpüləri selin yuyub aparması nəticəsində minlərlə adam təcrid olunub.

Baş nazir Yoşihiko Noda deyib ki, onun hökuməti həyatları xilas etmək üçün əlindən gələni edəcək.

XS
SM
MD
LG