Accessibility links

Yaponiyanın baş naziri Şinzo Abe mübahisəli Yasukuni hərbi məbədini ziyarət edib. Yaponiya ilə qonşu olan bəzi dövlətlər paytaxt Tokyoda yerləşən məbədi ölkənin hərbi keçmişinin simvolu hesab edirlər.

Cənab Abe bildirib ki, Yasukuni məbədini ziyarət etməklə Yaponiyanın qonşularının heysiyyatına toxunmaq istəməyib. O, bu ziyarəti müharibədə həlak olanların xatirəsi naminə etdiyini deyib.

Yasukuni Məbədi, Tokyo, Yaponiya

Yasukuni Məbədi, Tokyo, Yaponiya

Yasukuni məbədi İkinci Dünya Müharibəsi zamanı 14 müharibə cinayətləri məhkumu da daxil olmaqla iki miliyon yarım insanın ölümünün şərəfinə ucaldılıb. Yaponya liderləri məbədi mütəmadi olaraq ziyarət edirlər. 2006-ci ildən bəri ilk dəfədir ki, baş nazir məbədi ziyarət edib.

Çin və Cənubi Koreya rəsmiləri baş nazirin ziyarətini pisləyib.

Çinin xarici işlər naziri Yaponyanın səfirinə ziyarət barədə narazılığını bildirib.

Çin və Yaponya arasında münasibətlər münaqişəli adalar üzündən pisləşib.

Cənab Abe məbəddəki ziyarət kitabçasına ürək sözlərini qeyd edib. O, həmçinin məbədi baş nazirliyinin ilk dönəmində ziyarət etmədiyi üçün peşman olduğunu deyib.
XS
SM
MD
LG