Accessibility links

İstanbul boğazının altından keçən, Avropa və Asiyanı birləşdirən ilk qitələrarası tunelin açılışı olub.

"Marmaray Tuneli" adlanan, çox yüksək keyfiyyət və titizliyə malik lahiyənin uzunluğu 13.6 kilometr və ən dərin nöqtəsi İstanbul Boğaz səviyyəsindən 56 metr aşağıdadır.

Tunel İstanbulun yeraltı nəqliyyat qatarlarını birləşdirəcək. Rəsmilər bununla yollardakı tıxacı azaldacaqlarına ümid edirlər.

Hazırda İstanbul boğazını keçmək üçün iki körpü və dəniz nəqliyyat vasitələrindən istifadə olunur.

Türkiyə höküməti bildirir ki, tunel beş miliyard dollarlıq Marmaray lahiyəsinin bir hissəsidir. Lahiyəyə mövcud dəmiryollarının təkmilləşdirilməsi də daxildir. Layihə tamamlandıqdan sonra ümumi xəttin uzunluğu 76 kilometr olmaqla gün ərzində 1.5 milliyon sərnişin daşınması nəzərdə tutulur.

Tunelin inşası 2004-cü il Yapon-Türkiyə müştərək konsorsiumu tərəfindən başladılıb.

Layihəni Beynalxalq Əməkdaşlıq üçün Yaponya Bankı və Avropa İnvestisiya Bankı maliyyələləşdirib.
XS
SM
MD
LG