Accessibility links

Yaponya bildirir ki, İslam Dövləti qrupu tərəfindən girov götürülən iki nəfərin azad edilməsi üçün bütün variantları nəzərdən keçirir.

Çərşənbə axşamı günü İslam Dövləti qrupu tərəfindən yayımlanan videoda deyilir ki, girovlar qarşılığında onlara 72 saat ərzində 200 miliyon dollar verilməsə saxlanılanlar öldürüləcək.

Videonun yayımlanma vaxtına görə müddət cümə günü başa çatacaq.

Yaponyanın baş naziri Şinzo Abe biznes liderləri qarşısında iqtisadi islahatlara dair çıxışı zamanı girovlarla bağlı sualları cavablandırmayıb.

Abe bildirib ki, o, rəsmilərə mümkün diplomatik kanallardan istifadə edərək girovların təhlükəsiz şəkildə azad olunmasını təmin etməyi tapşırıb.

Baş nazir Yaponyanın terrorismə güzəştə getməyəcəyini deyib.

Yaponya Suriya və İraqda militantlara qarşı mübarizə aparan koalisiyada iştirak etməyən ölkələr arasındadır.

XS
SM
MD
LG