Accessibility links

Dənizin altında baş vermiş vulkan püskürməsi nəticəsində Yaponya sahillərində yeni ada meydana gəlib.

Yaponya sahil mühafizəçiləri tərəfindən çəkilən videoda diametri təqribən 200 metr olan yeni ada buxar və buludlu tüstü ilə örtülüb. Ada Tokionun 1000 kilometr cənubunda yerləşən Ogasavara və Bonin kimi bilinən adalar zəncirinin bir hissəsidir.

Buna bənzər ada son dəfə Nişinoşima adası yaxınlığında sualtı zəlzələ nəticəsində 1970-ci ildə ortaya çıxmışdı.

Yaponya və onun ərazisi Sakit okeanının ətrafında zəlzələ və vulkan püskürmələrinin tez-tez baş verdiyi “alov halqası” adlanan fay xətti üzərində yerləşir.
XS
SM
MD
LG