Accessibility links

Mərkəzi Yaponyada polisin verdiyi məlumatda deyilir ki, bazar günü başlayan vulkan püskürməsi nəticəsində Ontake dağında həlak olan beş turistin cəsədi tapılıb.

Rəsmilər son məlumatın ölümlərin ümumi sayını 36-ya çatdıracağını güman edirlər. Xilasedicilər vulkan nəticəsində yayılan toksid maddəsinə görə axtarışlara fasilə verməli olublar.

Yaponyanın yüzlərlə polis və hərbi qüvvələri vulkan nəticəsində lava altında qalan insanların cəsədlərini axtarmaqda davam edirlər.

Rəsmilər iki turistən birinin xilas edildiyini digər turistin yaralandığını bildirib.

Yüzlərlə insan vulkanın püskürməsindən sonra evakuasiyaya hazır vəziyyətə gətirilib.

Ontake Dağı payız aylarında turistlər tərəfindən ən çox ziyarət edilən yerdir. Son dəfə dağda vulkan püskürtüsü 1979-ci ildə baş verib.

Metereologiya agentlikləri insanlara dağ ətrafından uzaqlaşmaq barədə xəbərdarlıq ediblər.

XS
SM
MD
LG