Accessibility links

Vyetnam mədəniyyətində böyük ehtiram göstərilən yaralı tısbağa müalicə ediləcək. 200 kq çəkisi olan bu heyvanın tutulmasına 50 insan cəlb edilib. Onun 3 torla göldən çıxarılması iki saat sürüb. Keçən ay tısbağanın bir torla çıxarma cəhdi nəticə verməmişdi. 80 yaşlı tısbağanın boynu, ayaqları və qını balıq qırmaqlarından zədələnib. Vyetnam folkloruna görə, tısbağa 6 əsr əvvəl Vyetnam kralına Çinin işğalından xilas olmağa yardım etmişdi.

XS
SM
MD
LG