Accessibility links

Yaralanan mülki vətəndaşlar Ağdamda baş verənləri jurnalistlərə danışır [Video]


Aprelin 26-dan 28-nə kimi cəbhədə ağır döyüşlərin getdiyi bildirilir

Xarici və yerli media təmsilçilərinin cəbhə bölgəsinə səfəri başlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə Bərdə rayonuna gedib.

Jurnalistlər öncə Bərdə Diaqnostika Mərkəzində ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.

Yaralanan mülki vətəndaşlar Ağdamda baş verənləri jurnalistlərə danışır

Yaralanan mülki vətəndaşlar Ağdamda baş verənləri jurnalistlərə danışır

Bərdə Diaqnostika Mərkəzinin baş həkimi Hüseynov Fəsad Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib ki, diaqnostika mərkəzində 3 yaralı var. Onların vəziyyətnini orta ağır qiymətləndirilir.

Bundan sonra jurnalistlərə açıqlama verən yaralılar kəndlərinə çoxlu sayda qəlpə və mərmilərin düşdüyünü deyiblər.

Qəlpə yarası alan Qarayev Elgiz baş verənləri belə izah edir:

“Mamamoğlunun evi var təzə tikdirmişdi. İçinə də girməyib. Bax o ev viran qoyulub.”

Bundan sonra ​isə media nümayəndələri Ağdam və Ağcabədi rayonlarına yola düşəcəklər. Jurnalistlər orada ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağıdılan, yanan evlərə baxış keçirəcəklər.

Aprelin 26-dan 28-nə kimi cəbhədə ağır döyüşlərin getdiyi bildirilir. Həmin vaxt Ağdam rayonunun 2 sakini həlak olmuşdu, 7 nəfər isə yaralanmışdı. Yaralılardan 4 nəfər evə buraxılıb.

XS
SM
MD
LG