Accessibility links

İlham Əliyev yaralı hərbçilərə baş çəkib


İlham Əliyev yaralı hərbçilərə baş çəkib

İlham Əliyev yaralı hərbçilərə baş çəkib

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Məlumatda deylir ki, müdafiə naziri Zakir Həsənov cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirildiyini bildirib.

“Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər”.

Sonra Prezident İlham Əliyev həlak olanların ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə də görüşüb.

XS
SM
MD
LG