Accessibility links

Liviyada yaraqlıların xan neftlə doldurduğu Şimali Koreya bayrağı altında üzən yanacaq tankeri yenidən Liviyaya geri qayıdıb.

Rəsmilər deyir ki, "Səhər Zəfərii" tankeri bu gün Liviya paytaxtı Tripoli yaxınlığındakı Zaviyə limanına gedərək yükünü boşaldacaq.

Bir neçə gün öncə ABŞ Hərbi Donanması Liviyada üsyançıların nəzarətində olan limandan əldə olunmuş xam neft daşıyan tankeri saxlamışdı.

ABŞ Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ayın əvvəllərində üç silahlı liviyalı tərəfindən ələ keçirilən tankerə qarşı həyata keçirilən əməliyyat zamanı xəsarət alan olmayıb.

Əməliyyat Liviya və Kipr hökümətinin müraciətindən sonra ABŞ prezidenti Barak Obama tərəfindən təsdiqlənib.

“Səhər Zəfəri” tankeri bu ayın əvvəllərində yaraqlı qrup tərəfindən idarə olunan Liviyanın Əs-Sadra limanında neftlə yüklənib.
XS
SM
MD
LG