Accessibility links

Radikal sünni müsəlman yaraqlılar İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirərək, şiələrin başçılıq etdiyi hökuməti məğlubiyyətə uğradıb.

İraqın hərbi komandirlərindən biri Bağdadın 350 kiolmetrliyində yerləşən Mosulun ələ keçirilməsini təhlükəsizlik qüvvələrinin tam süqutu kimi qiymətləndirilib.

İraq hökumətinin rəsmilri şəhərin taleyinin bütünlüklə yaraqlıların əlində olduğunu deyib.

İraqın Baş naziri Nuri Əl-Məliki ölkənin çətin bir mərhələdən keçdiyini deyib. O, fövqəladə vəziyyətin elan edilməsi üçün partlamenti təcili iclas keçirməyə çağırıb.

İraq parlamentinin spikeri Usama Əl-Nucayfi yaraqlıların Mosulu ələ keçirməsini “fəlakət” adlandırıb.

Mosulun ələ keçirilməsi İraq hökumətinin Əl-Qaidə ilə əlaqəsi lan İraq və Levant islam dövləti qrupu tərəfindən artmaqda olan zorakılıqların qarşısını alınması səylərinə yeni böyük zərbə kimi qiymətləndirilir. Bu ilin əvvəli qrup Fəllucə şəhərini ələ keçirib. Hökumətin aylarla davam edən döyüşlərə baxmayaraq, şəhərin nəzarətini qaytarmaq səyləri baş tutmayıb.
XS
SM
MD
LG