Accessibility links

Türkiyənin diplomatik mənbələrinə əsasən verilən məlumata görə yaraqlılar Mosulda Türkiyə konsulluğunu ələ keçirərək, konsul Öztürk Yılmaz, diplomatik missiyanın işçiləri, mühafizəçilər və üç daxil olmaqla 48 nəfəri girov götürüblər.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Türkiyə vətəndaşlarının girov götürülməsilə əlaqədar kabinet üzvlərinin fövqəladə iclasını keçirib.

Bundan bir gün öncə İraq və Leventdə islam dövləti qrupunun üzvləri Türkiyədən Mosuldakı zavoda dizel gətirən 28 türk sürücünü girov götürüb.

İraq rəsmiləri Mosul şəhərinə nəzarəti ələ almış islamçı yaraqlıların Bağdaddan 200 kilometrlik məsafədə yerləşən Tikrit şəhərini ələ keçirdiyini bildirib. Rəsmilərin sözlərinə əsasən, sünni yaraqlılar Mosuldan cənub istiqamətində Mosulda ən böyük neft emalı zavodu və İraqın keçmiş diktatoru Səddam Hüseynin doğma şəhəri olan Tikritin nəzarətini ələ alıb.
XS
SM
MD
LG