Accessibility links

Banqladeşdə yaraqlıların hücumlarının sayı artıb


Bazar ertəsi Banqladeşdə hindli keşiş öldürülüb. Polis bu hücumun son zamanlar müsəlmanların üstünlük təşkil etdiyi Banqladeşdə hindlilərə qarşı hücumların bir hissəsi olduğundan ehtiyat edir.

70 yaşlı hindli keşiş Ananda Qopal Qanquli bir neçə saat axtarışdan sonra Noldanqa kəndində evi yaxınlığında ölü tapılıb. Onun sübh dua mərasiminə gedərkən yolda öldürüldüyü ehtimal edilir.

Mərhumun oğlu Sindhu Qanquli hadisədən şok keçirir.

“Mənim atam dindar insan idi. O, daim Allaha dua edirdi. O heç kimin düşməni deyildi. Bizim bu kənddə düşmənimiz yoxdur. Amma buna baxmayaraq atamı öldürüblər. Mən qətli törədənlərin cəzalandırılmasını tələb edirəm” deyə o bildirib.

Ötən üç ildə bənzər hücumlarda 40-dan çox insan öldürülüb. Və son bir neçə ayda zorakılıqların sayı artıb.

İki gün əvvəl ölkənin şimal-şərqində bazar günü dua mərasimindən sonra bir xristian baltalanaraq öldürülüb.

Ölənlər arasında homoseksual fəallar, professorlar, sekulyar bloggerlər də bu kimi ölümçül hücumlara məruz qalıb.

Hücumların məsuliyyətini daşıyan yaraqlılara qarşı polis qüvvələri mübarizə aparır. Bu gün paytaxt Daha da polislə qarşıdurma zamanı üç islamçı yaraqlı öldürülüb.

İŞİD və Əl-Qaidənin filialları hücumların bəzilərinə görə məsuliyyəti üzərinə götürüb. Lakin Banqladeş rəsmiləri ölkə daxilində xarici terrorçu qrupların fəaliyyətini təkzib edir və hücumlarda yerli yaraqlılar və siyasi müxalifət qüvvələrini təqsirləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG