Accessibility links

Yaraqlılar ABŞ-ın 100 hərbçisinin adını və ünvanını internetə yerləşdirib


A screen capture of the notice from the "Islamic State Hacking Division."

A screen capture of the notice from the "Islamic State Hacking Division."

İslam Dövləti yaraqlıları ilə əlaqəli olduğu ehtimal edilən bir qrup internetdə ABŞ-ın 100 hərbi personalının fotolarını, adlarını və ünvanlarını yerləşdirərək Birləşmiş Ştatdakı tərəfdarlarını onları öldürməyə çağırıb.

Özünü İslam Dövlətinin Hakinq Diviziyası adlandıran qrup öz veb səhifəsində belə yazıb: "Ünvanları verməklə işinizi asanlaşdırdıq. İndi yalnız sizin üçün son addımı atmaq qalıb. Nəyi gözləyirsiniz?".

Məsələni araşdırdığını bildirən Pentaqon silahlı qüvvələrdəki kişi və qadınlara müvafiq önləyici qorunma addımları atmaları üçün xəbərdarlıq edildiyini də deyib.

Rəsmilərdən biri The New York Times qəzetinə bildirib ki, yaraqlılar ABŞ hökumətinin heç bir veb səhifəsini hak etməyiblər və oradakı ünvanların böyük əksəriyyəti ictimaiyyətə açıq ünvanlar olub.

XS
SM
MD
LG