Accessibility links

Problemli yeniyetmələrə yardım proqramı [Video]


Qanunları pozan yeniyetmələr çox hallarda məktəbdən kənarlaşdırılır, həbslərə düşür. İndi Vaşinqton şəhərində gəncləri yeni başlanğıcla təmin edən xüsusi proqram fəaliyyət göstərir.

O zaman 17 yaşı olduğu üçün Terrens Sinkleyr həbsə deyil, yeni başlanğıc proqramına göndərilib. O, burada təhsilini davam etdirmək üçün dərslər alır. “Bunu özün etməlisən.”

Dülgərlik dərsi verən Kennet Talli deyir ki,tələbələrin bəziləri üçün bu çətin bir reallaşmadır. “Bəzən həvəssiz gəlirlər. Lakin özləri nəyisə düzəltdikdən sonra həvəsə düşür, maraqlanmağa başlayırlar.”
Metal və ağacla çalışmaq onlara başqa dəsrlər də verir. Kennet Talli: “Bu, onlara səbirli olmağı, qaydalara əməl etməyi, inşaat planını hazırlamağı öyrədir. İş bitdikdəm sonra bu, onların mükafatı olur.”

Yeni başlanğıc proqramının direktoru Toni Lemons deyir ki, uşaqların həvəsləndirilməsi onları bilik qazanmağa təşviq edir.

Burada müəllimlər onlara rezüme yazmağı öyrədir, iş müsahibələrinə hazırlıq dəsrləri verir. “Onlar ən adi şeylər-suallara necə cavab vermək, mimika və jestlərin müsahibə zamanı təsirlərini öyrənirlər."

Onlara adi həyat dərsləri də keçilir. “Uşaqlara büdcələrinin tərtibini, pullarından necə istifadə edə bilmələri öyrədilir.”

11 aylıq proqramdan sonra gənclər Tayron Ceralg kimi iş tapmağa nail olur. “Mən mühəndis olmaq istəyirəm. Bizə böyük kimi münasibət göstərmələri, iş vermələri, səsimizi eşitmələrindən xoşum gəlir.”

O, proqramın gəncləri yeni səmtə yönəldtdiyi üçün uğurlu olduğunu deyir.“Onların təhsilə ehtiyacı var. Onların özlərindən yaşlı, bəlkə də həmyaşıd kişilərə ehtiyacı var. Bir sözlə quruluşa ehtiyac var. Quruluş olmadıqda özünü istədiyin hər işi görmək iqtidarında hiss edirsən.”
Toni Lemonsun dediyinə görə bu uşaqların daha bir şeyə ehtiyacı var ki, o da özünəetimaddır. “Bizim işimiz onları icmalarına yaxınlaşdırmaqdır.”

Məhz buna görə açıq hava dərslərinə üstünlük verilir. Onlar balıqçılıq kimi fəaliyyətlərdə azyaşlı uşaqlara yardım edir.

Bu yeniyetmələrə onların da ictimaiyyətin bir hissəsi olduğunu anlatmaq lazımdır. Onlar yeni başlanğıca sahib olmaq kimi bir imkanları olduğundan xəbərdar edilməlidir.
XS
SM
MD
LG