Accessibility links

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 (əlli) manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon manat ayrılıb.

Show comments

XS
SM
MD
LG