Accessibility links

Güneydə insan haqları durumu - polis zorakılığı, həbslər və yüksək məbləğdə zəmanətlər [Audio-Müsahibə]


Yaşar Əsədi

Yaşar Əsədi

Türkiyədə mühacirətdə yaşayan güneyli fəal Yaşar Əsədi Amerikanın Səsi ilə söhbətdə son həftələrdə İran Azərbaycanında baş verən insan haqları pozuntuları, siyasi məhbuslar və yeni nəzarətə alınmış türk fəalların durumunu şərh edib. Günaz TV-nin əməkdaşı həbslər və güneyli fəallara qarşı çıxarılan məhkəmə hökmlərindən əlavə uyğur türklərinə dəstək mitinqlərinə qatılanlara qarşı polis zorakılığı, eləcə də müvəqqəti azadlıqda olan fəalların məhkəməyə qoyduqları yüksək məbləğdə zəmanətlər nəticəsində üzləşdikləri çətinliklər haqda danışıb.

Əsədinin verdiyi məlumata görə, İran polisi Təbriz və Əhər şəhərlərində uyğurlara dəstək mitinqlərinə qatılanlara qarşı güc tətbiq edib:

Güney Azərbaycanın milli fəalları tam mədəni şəkildə irqçi və komunist Çin dövlətini qınamaq üçün mitinq təşkil etdilər, amma İran hakimiyyəti bu mədəni etirazları basqıyla qarşıladı və etirazçılara qarşı hərbi və təhlükəsizlik qüvvələri göndərdi, bu arada bir çox etirazçı türk fəal yaxalandı.

“Güney Azərbaycanın milli fəalları tam mədəni şəkildə irqçi və kommunist Çin dövlətini qınamaq üçün mitinq təşkil etdilər, amma İran hakimiyyəti bu mədəni etirazları basqıyla qarşıladı və etirazçılara qarşı hərbi və təhlükəsizlik qüvvələri göndərdi, bu arada bir çox etirazçı türk fəal yaxalandı.”

Azərbaycan şəhərlərində fəaliyyət göstərən bəzi hökumətpərəst internet qəzetləri uyğur türkləri ilə bağlı mitinqlərin ölkə xaricindən yönləndirildiyini iddia ediblər. Yaşar Əsədi bu növ ittihamların yeni olmadığını söyləyir.

Onun sözlərinə görə, İran İslam Respublikası ötən illərdə Qarabağ məsələsi ilə bağlı keçirilən etiraz aksiyalara da eyni şəkildə mane olub.

Güneyli fəal İran İnqilab Məhkəmələri tərəfindən 13 il həbsə məhkum olmuş Taha Kirmaninin məhkəməyə qoyduğu yüksək məbləğdə zəmanətin müsadirə edilməsinə dair qərarı şərh etməklə yanaşı ümumiyyətlə ağır zəmanətlər qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmış fəalların üzləşdiyi çətinliklər haqqında məlumat verib.

Təbriz - 10 iyul 2015

Təbriz - 10 iyul 2015

Dövlət orqanları fəalları ağır zəmanətlərlə müvəqqəti şəkildə sərbəst buraxmaqla onların fəaliyyətlərinin dayandırılmasını hədəfləyir.

Əsədi müsahibədə son vaxtlarda öncədən həbsə məhkum olmuş fəalların zindana göndərilməsi və bir neçə fəala qarşı çıxarılan yeni hökmlərə də diqqət çəkir.

O, bəzi fəalların saxlanıldığı zaman təhlükəsizlik məmurları tərəfindən döyüldüyünü bildirir.

XS
SM
MD
LG