Accessibility links

Yaşar Heydəri Amerikanın Səsi ilə söhbətdə Avropa ölkələrində yaşayan güneyli mühacirlərdən danışır

Norveçdə mühacirətdə yaşayan Yaşar Heydəri Amerikanın Səsi ilə söhbətdə Avropada yaşayan güneyli mühacirlərin durumu, üzləşdikləri problemlər, eləcə də onların həmin ölkələrdə fəaliyyət göstərən diaspora imcaıarı ilə əlaqə və əməkdaşlıqları haqqında məlumat verib.

Norveçdə fəaliyyət göstərən Azərbaycan Səsi radiosunun əməkdaşı və Güney Azərbaycan Qurtuluş Partiyasının üzvü, həmçinin öz mədəni və siyasi fəaliyyətləri haqqında danışıb.

Yaşar Heydəri Avropaya mühacirət edənlərin müxtəlif ictimai təbəqələr və fərqli düşüncələrə sahib olan insanlardan ibarət olduğunu deyir:

Xaricə gələnlər yeni bir toplum və kültürlə üzləşirlər, bu toplumda yerləşmək, onun kültürünü və dilini öyrənməyin çətinlikləri var. Bundan başqa iş tapmaq, ev və yaşayış problemləri də olur. Həmçinin yaşayış icazəsi almaq da indi çox çətindir.

“Mühacirlər arasında aydın fikir və sənətçilər var, bunların içində xüsusilə Güney Azərbaycanda siyasi düşüncələri və fəaliyyətləri üzündən çoxlu problem yaşayan insanlar da var. Bir sıra insanlar da var ki, rahat həyat, və ya yeni bir həyat üçün gəliblər”.

Onun sözlərinə görə, “yurd dışına gələnlər yeni bir toplum və kültürlə üzləşirlər, bu toplumda yerləşmək, onun kültürünü və dilini öyrənməyin çətinlikləri var. Bundan başqa iş tapmaq, ev və yaşayış problemləri də olur. Həmçinin yaşayış icazəsi almaq da indi çox çətindir.”

Heydərinin fikrincə, güneyli təşkilatlar digər cəmiyyətlərə mənsub qurumlarla müqayisədə daha gücsüz olduqları üçün Güney Azərbaycandan gələn mühacirlərin problemlərini həll etmək istiqamətində ciddi fəaliyyət göstərə bilmirlər.

Əslən İran Azərbaycanının Astara şəhərindən olan fəal həmçinin Avropada yaşayan güneyli mühacirlərin diaspora cəmiyyətlər və təşkilatları ilə əlaqələrindən söz açır.

O, habelə öz fəaliyyətləri, siyasi təşkilatlar və Norveçdə fəaliyyət göstərən Azərbaycan Səsi radiosu ilə əməkdaşlığı haqqında Amerikanın Səsinə məlumat verib.

XS
SM
MD
LG