Accessibility links

"Bu da son" - Azərbaycanlı velosəyyah Afrika səfərini başa vurdu [Fotolar]


Yaşar Xudiyev
Yaşar Xudiyev

Velosipedlə Afrika turuna çıxan azərbaycanlı velosəyyah Yaşar Xudiyev bu gün səfərini başa vurduğunu bildirib. Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Yaşarın səfərinin son dayanacağı Afrikanın ən cənub nöqrəsi olan Ümid burnu olub. 2015-ci ilin mayında Bakıdan səfərə başlayan velosəyyah tura ‪#‎azadlıqüçünpedalla‬ adı altında çıxmışdı. Sentyabrın 25-də Yaşar Xudiyev öz Facebook səhifəsində Afrikanın Ümid burnunda olduğunu və səyahətini baş vurduğunu aşağıdakı statusu ilə bəyan edib:

20000 km-dən dəfələrlə çox getdim. Vicdan məhbuslarımıza həsr olunmuşdu səyahətim. Demokratiya axtarmırdım heç yerdə, sadəcə, demokratiya uğrunda insanların nələrdən keçib onu tez-gec eldə edə biləcəyinə əmin olduğumdan pedallayırdım. Ölümcül hala düşsəm də səyahətimi yarımçıq qoymadım. Azadlıq da elədir, vuruşub-calışıb əldə edəcəyik sonda. Bizim azadlığımizi əlimizdən heç kim alamaz ki...
Yaşar Xudiyev

"Bu da son... Ümid burnu. Macəra dolu bir səyahət oldu. Detallara getməyəcəm. Nələrdən keçdiyimi də bilirsiniz. Sadəcə təşəkkür etmək istəyirəm. Mənimlə səyahət etdiyiniz üçün, mənə dəstək olduğunuza, səyahətimin kədərli və sevincli anlarını bölüşdüyünüz üçün. Afrikalı qəhrəmanlarıma, mənim ayaqda qalmama səbəb olan insanlara, mənimlə yeməyini, evini bölüşməyə razı qalan afrikalı qəhrəmanlarıma təşəkkür etmək isteyirem. Hər zaman səyahətim yolda rastlaşdığım yaxşı insanlar sayəsində mümkün olub demişəm. Onlarsız əsla marağı olmazdı bunun...
Demokratiya adına pedallayırdım, azadlıq adına pedallayırdım. 20000 km-dən dəfələrlə çox getdim. Vicdan məhbuslarımıza həsr olunmuşdu səyahətim. Demokratiya axtarmırdım heç yerdə, sadəcə, demokratiya uğrunda insanların nələrdən keçib onu tez-gec eldə edə biləcəyinə əmin olduğumdan pedallayırdım. Ölümcül hala düşsəm də səyahətimi yarımçıq qoymadım. Azadlıq da elədir, vuruşub-calışıb əldə edəcəyik sonda. Bizim azadlığımizi əlimizdən heç kim alamaz ki...
Hələlik isə həm velosipetim, həm də ayaqlarım, çox yorulmuşuq, bir bilsəz necə yorulmuşuq...dincələcəm bir az, amma vaxtaşırı Afrika haqda yazacam. Başqa insanam indi. Afrika və afrikalıların sayəsində. Bu qitəni ve bu qitənin insanlarını o qədər sevdim ki, artıq Afrikasız yaşamaq müşkül...mütləq qayıdacam Afrikaya, mütləq...".

Gələcək planları barədə də qısa danışan Yaşar növbəti səfəri başlamamışdan öncə səyahəti barədə kitab yazmaq, velomədəniyyəti inkişaf etdirmək və Azərbaycan xalqına Afrikanı tanıtmaq istədiyini bildirib.

Səfərini başa vurandan dərhal sonra Amerikanın Səsinə açıqlamasında Yaşar Xudiyev hazırda istirahət etdiyini bildirib. "Bədənimi və sümüklərimi dincəltməyə çalışıram" - deyə o bildirib.

Yaşar habelə açıqlamasında Azərbaycana geri dönməyi planlaşdırdığını, ancaq bunun nə zaman baş verəcəyini həlilik müəyyən etmədiyini bildirib. O, hansı vasitə ilə geri dönəcəyinə dair də hələlik qərarsız olduğunu dilə gətirib.

"Sol qolumda hərdən ağrılar olur. Gelen kimi ciddi reabilitasiya keçəcəyəm. Qalan her sey qaydasındadır" - deyə o, Amerikanın Səsinə bildirib.

Bakıdan Vyetnama piyada getmek istəyirəm ve Alaskada pedallamaq. Tam ciddi!
Yaşar Xudiyev

Gələcək planları barədə də qısa danışan Yaşar növbəti səfəri başlamamışdan öncə səyahəti barədə kitab yazmaq, velomədəniyyəti inkişaf etdirmək və Azərbaycan xalqına Afrikanı tanıtmaq istədiyini bildirib. Bəs növbəti səfər hara ola bilər?

"Bakıdan Vyetnama piyada getmek istəyirəm ve Alaskada pedallamaq. Tam ciddi!" - deyə veloseyyah vurğulayıb.

Yaşar Xudiyev Afrikada olarkən
Yaşar Xudiyev Afrikada olarkən

Xatırladaq ki, Yaşar yanvar ayında velo-turu zamanı faciəvi hadisə ilə üzləşdiyini də yazmışdı. O, Cənubi Sudanda olarkən Keniya sərhədinə 50 km qalmış bir qrup adamın hücumuna məruz qalıb. Əlindən velosipedi və digər əşyaları alınıb və sənədləri isə yandırılıb.
Yaşar yazır: "Onlar məni cəngəlliyin dərinliyinə öldürmək məqsədiylə apardılar ölümcül döydülər və başıma ən azı 10 daş zərbəsi dəydi . Bütün başımı qan içində görüb öldüyümü sandılar".

Yaşarın Keniya sərhədindən başına gələnləri buradan oxuya bilərsiniz.

Yaşar Xudiyev əvvəllər velosipedi ilə bir çox tura çıxıb. O, #‎azadlıqüçünpedalla‬ kampaniyası çərçivəsində ABŞ və Avropanı da tam olaraq gəzib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG