Accessibility links

Firəngiz Mütəllimova: `Yaşar mənim arxam idi, Yaşar mənim sağ qolum idi` [Audio]

  • Nərminə Cəlalqızı



Azərbaycanın xalq artisi, Azərbaycan Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova istedadlı sənətkar, görkəmli aktyor Yaşar Nuri ilə birlikdə çalışdığını, istər teatr səhnəsində, istərsə də televiziyada uzun illər tərəf müqabili olduğunu dedi. Firəngiz xanım həm sənət, həm də həyatda onun ən yaxın dostu olan Yaşar Nuriyə həm hökumət, həm də xalq tərəfindən yüksək dəyər verildiyini bildirdi.

Firəngiz Mütəllimova Yaşar Nurinin onun üçün çox dəyərli bir insan olduğunu, son illər xəstə olduğu zaman onu ziyarət etmək üçün İstanbula da getdiyini dedi.

Firəngiz xanım dünyasını dəyişməsinə az qalmış Yaşar Nurinin 60 illik yubileyinin keçirildiyini və prezident tərəfindən Şöhrət Ordeninə layiq görüldüyünü, həddən artıq sevindiyini dedi. Aktrisa Yaşar Nurinin teatra hədsiz bağlılığndan danışarkən ölməsinə iki gün qalmış belə onun teatrda işlərin necə getdiyi ilə maraqlandığını bildirdi.

Firəngiz xanım Yaşar Nurinin misilsiz istedada, plastikaya, fantaziyaya malik bir insan olduğunu və ondan çox şey öyrəndiyini, ona bənzəməyə çalışdığını dedi.

Firəngiz Mütəllimova Yaşar Nurinin tələbələrinin olduğunu desə də, ona bənzər, onu əvəz edəcək heç bir sənətkarın olmadığını dedi. O, Azərbaycanın digər istedadlı sənətkarlarının adını çəkərək, Yaşar Nurinin də onlar kimi əvəzolunmaz bir sənətkar olduğunu vurğuladı.

Aktrisa onu da əlavə etdi ki, Azərbaycan teatrında istedadlı gənclər var, lakin onların maddi yardıma ehtiyacları var və belələrini həvəsləndirmək vacibdir.
XS
SM
MD
LG