Accessibility links

1 oktyabr Beynəlxalq Ahıllar Günüdür


Qlobal Yaşlanma İndeksinə görə, Norveç sosial təminat proqramları baxımından ön sırada yer alır

1 oktyabr Beynəlxalq Ahıllar günüdür.

BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib.

Həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilib, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar İli elan olunub.

Qlobal Yaşlanma İndeksinə görə, Norveç 60 yaşından yuxarı insanlara sosial təminat proqramları baxımından ön sırada yer alır.

Hesabat 790 milyon insana ev olan 96 ölkədə 60 və daha yuxarı yaşlı insanları əhatə edir.

Sənəddə deyilir ki, inkişaflar dünya əhalisinin yaşlı nəslinin artmasına yardım edir. 868 milyon insan 60 yaşından yuxarıdır. Bu isə dünya əhalisinin 12 faizini təşkil edir. Azərbaycanda əhalinin 9 faizi yaşlılardır.

Təşkilatın icraçı direktoru Tobi Porterin dediyinə görə, ölkələr 4 kateqoriyaya görə ölçülür-sağlamlıq, gəlir, yaşadıqları şərait və məşğulluq qabiliyyəti.

Əsasən pensiyalar üzərində mərkəzləşən hesabatda bildirilir ki, aşağı və orta gəlirli ölkələrdə 65 yaşından yuxarı hər 4 adamdan 1-i pensiyaya malikdir.

Yuxarı onluğa Norveç, İsveç, İsveçrə, Kanada, Almaniya, Hollandiya, İslandiya, ABŞ, Yaponiya və Yeni Zelandiya daxildir.

Əfqanıstan ən sonda yer alır. Ondan irəlidə Mozambik axırda olmaqla,10 Afrika ölkəsi gəlir.

Afrika ölkələri arasında Cənubi Afrika respublikası birincidir.

Siyahıda Gürcüstan 28, Braziliya 58, Rusiya 65, Hindistan 69, Türkiyə 77, Çin isə 48-çi yeri tutub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG