Accessibility links

Pakistan rəsmiləri bildirir ki, çərşənbə günü National Geographic jurnalının üz qabığında yer aldığı üçün tanınan əfqan qadın vətəninə deportasiya edilib.

“Yaşıl-gözlü” qız kimi tanınan Şərbət Qula dörd övladı ilə birlikdə sərhədi çərşənbə günü Hepatit C xəstəliyi ilə bağlı müalicə olunduğu xəstəxanadan buraxılandan sonra keçib.

Kabilə enər-enməz Qula və ailəsini Əfqanıstan prezidenti Əşrəf Qani qarşılayıb və hökümətin Qulanı “vətənində layəqati ilə təhlükəsiz bir şəkildə” yaşaya biləcəyi mebelli mənzillə təmin edəcəyini bildirib.

“Mənim yanımda dayanan bu qadın Əfqanıtandakı yoxsulluğu, əfqan ümidləri və arzularını təmsil edən ikonik fiqura çevrilib. Uşaq ikən o, qaçqınlıq simvolu olaraq milyonlarla insanın qəlbinə daxil olub"-deyə prezident bildirib.

Qula oktyabr ayında Pakistanda saxta sənədlərlə yaşadığı ittihamı ilə həbs edilmişdi.

1984-cü ildə Natonal Geographic jurnalının üz qabığında yer alandan sonra Qula illər boyu adsız bir fiqur olaraq qalmışdı. O, 1980-ci illərdə Sovet ilhaqı və onlara qarşı müqavimət göstərən ABŞ-ın dəstəklədiyi mücahiddin qiyamı nəticəsində Əfqanıstanda yaranan iztirabın simvoluna çevrilmişdi.

Show comments

XS
SM
MD
LG