Accessibility links

Vaşinqton şəhərində evsizlər [Video]


Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində evsiz-eşiksiz ailələr var. Son statistika minə yaxın ailənin evsiz olduğunu göstərir.

Əlil Markus Skeyls 4 yaşlı qızını təkbaşına böyüdür. Onun evi yoxdur.
Keçən ilin noyabr ayında Markus qızı Seyhi ilə Vaşinqtondakı “Böyük Ailə” sığınacağına köçməli olub. “Mən onu sakitləşdirmək üçün nəsə etməyə çalışıram. Gah gecələr ağlayır. Bəzən mənimlə yatmaq istəyir. Bəzən mənimlə danışmaq istəyir, bəzən də heç nə danışmır. Elə hallar da olur ki, rahatlanır.”

Bütün bunlara baxmayaraq, Seyhi hər gün məktəbə gedir. Atasının isə psixologiya üzrə kollecdə təhsil alır.

Vaşinqtonda, 286 ailənin müvəqqəti yaşadığı bu yataqxana vaxtikən xəstəxana olub. Gün ərzində dəhlizlər demək olar ki, boş olur. Uşaqlar məktəbdə, valideynlər isə ya işdə olur, ya da iş axtarmağa gedir. Bu yaxınlarda istilik və həşarat problemləri ilə üzləşən bu yataqxana müdafiə qrupları və medianın diqqətini çəkib. Vaşinqton Hüquq Məsləhətxanasından Amber Hardinq: “Burada hər bir ailə şəraitin yaxşı olmadığını, lakin küçədənsə buranın yaxşı olduğunu deyəcək.”

Amber Hardinq vəkildir və o, evsizlərin evlə, yataqxana ilə və ya başqa xidmətlərlə təmin olmalarına yardım edir. O, Vaşinqton şəhərində 1200-dən 3 min azarsında evsiz-eşiksiz uşağın olduğunu deyir. Onun sözlərinə görə, bəzi ailələr demək olar ki, hər gün təhlükəsiz yer tapmaq üçün bir yerdən başqa yerə köçməli olur.
“Vaşinqton şəhəri yalnız temperatur sıfıra enəndə ailələrə sığınacaq verir. Başqa hallarda onun buna hüquqi borcu yoxdur.”

6 uşaq anası Şarlis Baltimora 6 yatağı olan bir otaq verilib. Şarlis Baltimorun bəxti gətirdi. 6 uşaqdan beşi ilə yataqxanada 7 ay yaşadıqdan sonra ona vauçer proqramına əsasən ev verdilər və o, qazancının 30 faizini evin kirayəsinə ödəyəcək. “Mən çox xoşbəxt idim, çox sevinirdim. Biz evə baxmağa getdik, Mənə evimin açarını verdilər. Mən uşaqları məktəbdən götürəndə onlar mənə “ana, haraya gedirik?” deyə sual verdilər. Mən onlara “evimizə gedirik” dedim. Qapını açdım, uşaqlar içəri girərək, otaqda qaçmağa başladılar.”

Lakin münasib qiymətli evlə təmin olunma məsələsi çətin olaraq qalır. Bəzi sakinlər isə yataqxanalarda belə yer tapmağın problem olduğunu deyirlər.
İnsanlara Xidmət Servisinin direktoru Devid Börns şəhər meri Vinsent Qreyin Evsizlər üçün xidmət təşkilatlarına milyonlarla dollar ayırdığını deyir. “Biz yataqxanalarda qalma müddətini qısaltmağa çalışırıq. Keçən ilədn başlayaraq, yuataqxanada qalanların sayı azalmağa başlayıb. Bu isə müsbət təsirlərin olduğu deməkdir.”

Hələlik yataqxanada yaşayan Markus Skeyl isə ümidlə yaşadığını deyir.
XS
SM
MD
LG