Accessibility links

Yatsenyuk ABŞ biznes liderlərini Ukraynaya investisiya qoymağa çağırıb


Ukraynanın Baş naziri Arseni Yatsenyuk ukraynalılar və amerikalıların dünyanı azad etmək işidə çiyin-çiyinə dayanmalı olduğunu deyib.

Cənab Yatsenyuk ABŞ-ın Ticarət Palatasında ABŞ və Ukrayna biznes liderlərinin forumunda iştirak edib. Forumda iki ölkənin biznes liderləri Ukrayna iqtisadiyyatının inkişaf etdirilməsinə dair yüksək səviyyədə danışıqlar keçirmək üçün bir araya gəlib. Bu, Ukraynada 2014-cü ildə inqilabdan sonra ABŞ və Ukrayan biznes liderlərinin ilk rəsmi görüşüdür.

Arseni Yatsenyuk Ukraynanın kreditorlarını daha artıq əməkdaşlıq və tərəfdaşlıq göstərməyə çağıraraq deyib ki, bu, Ukraynanın müvəffəq olmasında mühüm rol oynaya bilər. Baş nazir habelə ölkədə korrupsiya kimi problemlərdən danışaraq, bu halın Ukraynada dərin kök saldığını etiraf edib, lakin Kiyev hökumətinin problemlə mübarizə apardığını deyib.

Cənab Yatsenyuk Amerika investorlarına üz tutataq onları Ukraynada investisiya qoymağa dəvət edib:”Amerika investorları, gəlin, biz sizi Ukraynada görməyə çox şad olarıq.”

ABŞ-ın Maliyyə naziri Penni Pritzker deyib ki, Ukrayna liderləri əhatəli biznes proqramının yaradılması üçün ABŞ bizne liderləri ilə birgə işləmək istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG