Accessibility links

Yatsekyuk istefa verdi


Bu gün Ukrayna baş naziri Arseniy Yatsenyuk Kiyevin siyasi böhranına son qoyaraq yeni hökumətin formalaşdırılmasına yol açılması üçün istefaya getdiyini bəyan edib.

Televeziya vasitəsilə yayımlanan çıxışında və Twitter-də Yatsenyuk deyib ki, o, gələn həftə parlament tərəfindən təsdiq edilməli olan istefasının Ukraynaya yeni seçki, konstitusiya və ədliyyə sistemi islahatları gətirəcəyinə və Avropa İttifaqı, eləcə də NATO-ya qoşulmaq imkanı yaradacağına ümid edir.

Baş nazir hökumətindəki siyasi böhranın süni şəkildə şişirdildiyinə görə istifa verdiyini bildirib. "Məni vəzifəmdən uzaqlaşdırmaq üzərində diqqətini cəmləşdirən siyasətçilər ölkəyə real dəyişikliklər gətirmək vədlərini unutmuşdular" - deyə Yatsenyuk bildirib.

Yatsenyukun kabineti fevral ayında etibarsızlıq səsverməsindən üzüağ çıxsa da, iki partiya koalisiyanı tərk etmişdi. Yatsenyuk ölkənin pisləşən iqtisadiyyatı və islahatların asta getməsinə görə sərt tənqidlərə məruz qalırdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG