Accessibility links

Roma Papası Fransis Yaxın Şərqdə üç günlük səfəri zamanı sülhə çağırıb.

İordan çayının Qərb sahilində Betlehem şəhərində danışan Papa Fransis deyib ki, “sağalması çətin olan ağır yaralarla nəticələnmiş münaqişəyə” son qoymaq üçün hər bir kəsin özündə cəsarət tapmasının vaxtı gəlib çatıb.

Roma papası Betlehemə İordaniyadan vertolyotla gəlib.

Bundan əvvəl Roma katolik kilsəsinin başçıları İordan çayının Qərb sahilinə İsraildə Tel-Əvivə səfər etdikdən sorna gəlirdi. Papa Fransisin İsraildən əvvəl Qərb sahilinə səfəri onun fələstinlilərin müstəqil dövlət yaratmaq istəyinə dəstəyin simvolu kimi qiymətləndirilir.

Roma Papası fələstinlilərinn prezidenti Mahmud Abbasla görüşüb. Cənab Abbas Papa Fransisə İsrailin xristianlar və müsəlmanları Qədsdən çıxmağa məcbur etdiyini deyib.

Roma Papası xristianların İsa peyğəmbərin anadan olduğu yer oldğuna inandığı meydanda dua mərasimi keçirib.
XS
SM
MD
LG