Accessibility links

Yaxın Şərqdə münaqişə dərinləşir [Video]


Sülh danışıqları yaxın görünməyən Yaxın Şərqdə iğtişaşlar davam edir. İsrail və Fələstin liderləri 3 israilli və bir fələstinli gəncin vəhşicəsinə öldürülməsini qınasa da, bunun nəticəsi olaraq döyüşlər vüsət alıb.

İsrail rəsmiləri hava və qurudan əməliyyatları genişləndirməklə Qəzzadan gündəlik raket hücumlarına son qoyulacağını bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu:"Biz şəhər və kəndlərimizə qarşı raket hücumlarını qəbul etməyəcəyik. Mən Həmas terrorçularına qarşı mübarizə məqsədi ilə müdafiə qüvvələrinin sıralarını genişləndirmək göstərişi vermişəm. Biz buna sakitliyi bərqərar etmək üçün bütün səylərdən sonra qərar vermişik. Həmas eskalasiyanı seçib. "

Fələstinlilər isə öz növbəsində İsraili təcavüzü davam etdirməkdə günahlandırır. Həmasın sözçüsü döyüş qətiyyətində olduqlarını deyir. Sami Əbu Zühri:"Biz xalqımızı cinayətkarlıqdan müdafiə edəcəyik. Biz işğala son qoyulmasına çağırırıq. Bu, xalqımıza qarşı cinayətdir. Təcavüzü məğlub etmək üçün müqavimətimiz davam edəcək. "

İsrail-Qəzza sərhədyanı ərazilərin sakinlərini isə qarşıdurmanın dərinləşəcəyi narahat edir. Əbdel Nasir Şarab: "Bir tərəf baş qadıranda, o biri tərəf də qalxır. Bu, xüsusilə Ramazan ayı oruc tutan insanların həyatına təsir edir. Qorxu I,ərisində yaşayan insanların həyatları iflic vəzziyyətinə düşüb. Heç kim müharibə mühitində evdən çıxmır, xəbərləri dinləyir. Vəziyyət olduqca gərgindir."

İsrail hökuməti sərhədyanı bölgələrdə yaşayan vətəndaşlarını bomba sığınacaqlarına yaxın olmağa çağırıb. Hücumlar zamanı Reim sakinləri sığınacağa qaçır. Təcili yardım komandasının üzvü İllan:"Bu gecə olduqca ağır idi. Fəslətinlilər çoxsaylı raket hücumuna keçirdi. Camaat qorxur. "

ABŞ raket hücumlarını qınasa da, Həması terrorçu qrup elan etməsindən sonra Qəzzada nüfuzunu itirib. Yaxın Şərqdə Demokratiya layihəsindən Stiv Maknerney:"ABŞ İsraillə yaxın əlaqələrə malikdir. Qarşı tərəflə isə münasibətlər məhduddur. Amerikanın bölgəyə atəşkəs gətirəcəyini ehtimal etmirəm. "

Yaxın Şərq sülh prosesini canlandırmaq səylərini prioritet edən ABŞ dövlət katibi Con Kerri dəfələrlə regiona səfər edib. Bəzi inkişaflar müşahidə edilsə də, Fələstin və İsrail liderlərinin fikir ayrılıqları insanları biri-birindən uzaqlaşdırır. 2012-ci ildən bəri ən ağır hesab edilən qarşıdurmaların bu son dalğası sülh prosesini bir daha dalana dirəmiş olur.

XS
SM
MD
LG