Accessibility links

Dünya qüdrətləri: Yaxın Şərq sülhünün yeganə yolu iki dövlətdir


Fransa prezidenti Fransua Olland Parisdə Yaxın Şərqə dair sülh konfransında
Fransa prezidenti Fransua Olland Parisdə Yaxın Şərqə dair sülh konfransında

Fransa paytaxtında Yaxın Şərqdə sülhə dair beynəlxalq konfransda dünya ölkələri iki dövlətin mövcudluğunun yeganə həll yolu olduğuna dair çağırışlar edib.

Nə İsrail, nə də Fələstin nümayəndələri görüşdə iştirak etməyib.

Birləşmiş Ştatlar da daxil olmaqla dünyanın 70-dən çox ölkəsinin nümayəndələrinin qatıldığı konfransda Fransa prezidenti Fransua Olland hələ başlamazdan hələ tənqidlərə hədəf olan konfransın keçirilməsini müdafiə edib.

Parisdə Yaxın Şərqə dair sülh konfransı
Parisdə Yaxın Şərqə dair sülh konfransı

Olland deyib ki, İsrail və onun qonşuları arasında İsrail-Fələstin sülh danışıqlarında inkişaf olmadan yaxınlaşma haqda fikirləşmək sadəlövhlük olardı.

Olland İsrail lideri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbası Paris görüşünün nəticələrini müzakirə etmək üçün görüşə dəvət edib.

Verilən məlumatlara görə, görüş haqda dəvəti hələ ki yalnız Mahmud Abbas qəbul edib. Netanyahu danışıqları faydasız adlandırıb. İsrail tərəfdarları isə bazar günü səhər danışıqlara etiraz nümayişi keçirib.

Tramp administrasiyasının hakimiyyətə gələcəyini qeyd edən Ollan deyib ki, sülh və sabitliyə nail olmağın yeganə yolu iki dövlətin mövcudluğudur. Bu, hakimyyətdən getməkdə olan Obama administrasiyasının bölüşdüyü bir mövqedir. Obama administrasiyası İsraili işğal olunmuş ərazilərdə yaşayış məntəqələri inşa etməsini tənqid edib.

İordan çayının Qərb sahilində İsrailin inşa etdiyi yaşayış kompleksi
İordan çayının Qərb sahilində İsrailin inşa etdiyi yaşayış kompleksi

ABŞ dövlət katibi Con Kerri də Paris danışıqlarında iştirak edib.

Prezident seçilmiş Donald Trampın İsrail yaşayış məntəqələrinə daha müsbət yanaşmaya malik olması və ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürməyə söz verməsinin iki dövlət prinsipini təhlükə altına ala biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur. Fransanın xarici işlər naziri Mark Eyro səfirliyin köçürülməsinin ciddi nəticələrə gətirib çıxara biləcəyini bildirib.

XS
SM
MD
LG