Accessibility links

Yaxın Şərq və Asiya ölkələrində Amerika müsiqisi və mədəniyyəti VİDEO

  • Amerikanın səsi

Birləşmiş Ştatların təşəbbüsü ilə təşkil edilən İncəsənət proqramına əsasən konfliktlərdən çıxmış Yaxın Şərq və Asiya ölkələrindəki tələbələrə Amerika müsiqisi, tamaşaları və rəqsləri öyrədilir. Belə proqramlardan ən böyüyü İraqda həyata keçirilir.

Grammy mükafatı laureatı, caz ustası Cin Aytken Asiya və Yaxın Şərqdə hərbi orkestrlərə dirijorluq edib. Aytken Taylanddan dünyanın konfliktlər və təcrid olunmuş ölkələrinə səfər edərək, müxtəlif dinlər və mədəniyyətləri bir araya gətirir. “Burada bir dil var və bu, mədəniyyət dilidir. İstər Çin, istərsə Yaxın Şərq – hər yerdə mədəniyyətlər başa düşülür və hər kəs, istər tamaşaçı kimi, istərsə də ifaçı kimi iştirak etmək istəyir. Biz İraqda konsert verərkən, çox vaxt qabaqcadan elan verə bilmirik. Amma ertəsi gün zal dolu olur.” -deyə, o bildirir.

Caz musiqiçisi Ranq Kava İraq Kürdüstanındandır və o, Aytkendən dərs almaq üçün Taylanda gəlib. “Caz, rok və pop musiqiləri mənim ölkəmdə yenilikdir. Lakin Amerikalıların Səslərinin “Yes Academy” proqramı İraqa gəldikdən sonra vəziyyət daha da yaxşılaşır.”

Aytkenin caz sinifləri - “Yes Academy” və ya “Gənc İstedadlar Səhnədə” adlı proqramlar Amerikalıların Səsləri proqramının bir hissəsidir.

Birləşmiş Ştatların maliyyələşdirdiyi bu qeyri-komersiya təşkilatı Amerikanın hip-hop və Brodvey musiqi tamaşaları da daxil edilməklə, müxtəlif janrlarda pulsuz peşəkar təlimlər keçir. “Yes Academy” Əfqanıstanda, Misirdə, İordaniyada, Livanda, Malayzada. Pakistanda və Suriyada dərslər keçir. Lakin Aytken ən çox İraqda işləyir.

İraqda gözəl orkestr, musiqi və teatr dərsləri verən məktəblər və istedadlı tələbələr var. Lakin ölkədə illərdir davam edən münaqişələr müəllimlərin fəaliyyətinə mane olub.

XS
SM
MD
LG