Accessibility links

Yaxın Şərqin ən böyük xristian icması olan qibtilərin keşişi Şenuda dəfn edilib

  • Amerikanın səsi

Misirdə Yaxın Şərqin ən böyük xristian icması olan qibtilərin keşişi Şenuda dəfn edilib. 88 yaşlı keşiş şənbə günü Qahirədə vəfat edib. Qara və ağ ciyər xəstəliyi səbəbi ilə ölən keşişin cənazəsi Koptik kilsəsinə qoyulmuşdu.

Şenuda müsəlmanların xristianlara qarşı hücumları zamanı onların müdafiəsinə qalxmışdı. 2011-ci ildə Qibti kilsəsinə hücum nəticəsində 23 xristian həlak olmuşdu.

ABŞ prezidenti Barak Obama keşişin ölümü ilə bağlı kədər hissini dilə gətirərək, onu dini tolerantlığın təbliğatçısı adlandırıb. ABŞ dövlət katibi Hillari Klinton Misir xalqına başsağlığı verib.

Qibti kilsəsi dünyada ən qədim kilsələrdən hesab edilir. Misirdə kökü 1-ci əsrə gedib çıxan bu dinə 80 milyonluq əhalinin 10 faizi ibadət edir.

XS
SM
MD
LG