Accessibility links

Bu gün Beynəlxalq Olimpiya Komitəsinin Argentina paytaxtı Buenos Ayresdə keçirilən iclasında keçirilən səsvermədə 2020-ci il Yay Olimpiya Oyunlarını keçirəcək şəhərin adı bəlli olub. Belə ki, Asiya ölkəsi olan Yaponiyanın paytaxtı Tokio şəhəri finalda İstanbula qalib gələrək ilk dəfə Olimpadaya ev sahibliyi etmək hüququ qazanıb.
--------------------------------------------------------------------------------
2020 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün mübarizə aparan 3 şəhərdən biri Beynəlxalq Olimpiya Komitəsi üzvlərinin səsverməsindən sonra mübarizədən kənarda qalıb. Belə ki, artıq 2020 Olimpiadası Madrid şəhərində keçirilə bilməz. Beləliklə, təxminən bir saatdan sonra son səsvermə keçiriləcək. Finalda İstanbulla Tokio mübarizə aparacaq.

Ekspertlər bu iki şəhərin finala qalacağı təqdirdə İstanbulun qalib gələ biləcəyini iddia edir. Argentina paytaxtı Buenos Ayresdə keçirilən tədbirdə final üçün səsvermə artıq keçirilsə də, nəticələr Bakı vaxtı ilə 01:30-da BOK prezidenti Jak Roq tərəfindən açıqlanmalıdır.
-----------------------------------------------------------------------------------
Bu gün bütün dünyanın diqqəti Buenos Ayresə yönəlib. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adını açıqlayacaq.

Finala qalan 3 şəhər - Tokio, İstanbul və Madrid təmsilçiləri bir qədər əvvəl Argentinada BOK üzvləri qarşısında son çıxışlarını ediblər.

Mütəxəssislər ən iddialı şəhər kimi Yaponiya paytaxtı Tokionu görür. Ancaq komitə üzvləri dağıntıya məruz qalan Fukuşima atom elektrik stansiyasından radioaktiv su sızması barədə narahatlıqlarını izhar ediblər.

Madrid ikiqat Olimpiya ikincisi və ABŞ-ın Los Anceles Lakers basketbol komandasının üzvü Pau Qazolla öz qələbəsi şanslarını artırmağa çalışıb. Ancaq Ölkədəki iqtisadi çətinliklər BOK üzvlərinin diqqətindədir.

Türkiyədə son bir neçə ayda yaşanan etiraz aksiyaları İstalbulun qələbəsini şübhə altına alan başlıca faktora çevrilib. Buna baxmayaraq İstanbul nümayəndəsi komitə üzvləri qarşısında çıxışı zamanı iddialı olduqlarını ortaya qoyub. İstanbul qələbə qazanacağı təqdirdə Türkiyə müsəlman ölkəsində Olimpiadanın keçirildiyi ilk ölkə olacaq.
XS
SM
MD
LG