Accessibility links

Açılış mərasimini yüzdən çox dövlət başçısı ilə bərabər Azərbaycan prezidenti də izləyəcək

Azərbaycan prezidenti İlham Əliyev XXX Yay Olimpiya Oyunlarının bi gün keçiriləcək
Rəsmi açılış mərasimində iştirak edəcək. O iyulun 26-da xanımı Mehriban Əliyeva ilə
Londona gəlib.
100-dən çox dövlət və hökumət başçısı Böyük Britaniyanın paytaxtına gəlməkdədir.
Onlar da oyunların açılışı münasibətilə təntənəli tədbirdə iştirak edəcək.
Açılış mərasiminin ssenarisinin müəllifi “Xarabalıqdan çıxmış milyonçu” filminin
rejissoru Deni Boyldur.

“Möcüzələr adası” adlanan tamaşa 42 milyon dollara başa gəlib. Bu, Böyük Britaniyanın
tarixi haqqında hekayədir. Təşkilatçılar miqyaslı xüsusi effekt vəd edir. Finalda
Pol Makkartni çıxış edəcək.
Mərasim yeni, 80 min nəfərlik stadionda keçiriləcək. Oyunları Böyük Britaniya kraliçası
II Yelizaveta açacaq.

Londondan birbaşa yayım Bakı vaxtı ilə gecə saat 1-də başlayacaq.
Olimpiada ərəfəsində bir sıra qalmaqallar baş verib. Belə ki, İran oyunların loqotipinin dəyişdirilməsini tələb edib. Tehran bunu rasist və sionist kimi qiymətləndirib. Lakin
bu iradlar qəbul olunmayıb. Amma İran öz komandasını Londona göndərib.
Argentina prezidenti Folklend adaları ilə bağlı Böyük Britaniya ilə çoxdankı
mübahisəyə görə Olimpiadaya səfərdən nümayişkaranə şəkildə imtina edib.
Belarus prezidenti Olimpiadaya buraxılmayıb. Belə ki, şəxsən ona və onun ölkəsinə
qarşı Avropa İttifaqının sanksiyası var.

İyulun 25-də Şimali Koreya-Kolumbiya futbol matçında səhvən Cənubi Koreyanın
bayrağı qaldırılıb. Bundan sonra oyunların administrasiyası üzr istəyib.
Olimpiada ərəfəsində Qərb telekanallarında idmançıların qoxusunu neytrallaşdıran
dezodorantın reklamı göstərilib. Dezodorantın effektivliyini Azərbaycanın güləş üzrə
yığma komandası nümayiş etdirib ki, bu da bəzi ölkələrin nümayəndələrinin narazılığına
səbəb olub.
XS
SM
MD
LG