Accessibility links

Azərbaycanda telekanallarda plüralizm


Bu mövzuda keçirilən konfransda plüralizmin olmadığı qeyd edilib. RATİ-nin monitorinqi telekanalda plüralizm və ictimai maraqlara riayət məsələsində problemlər olduğunu üzə çıxarıb

ATƏT-in Bakı ofisi və Reportyorların Azadlığı və Təhlükəsizliyi institutu (RATİ) “Azərbaycanda yayım mediası: cari vəziyyət və yeni perspektivlər” mövzusunda birgə konfrans keçirib.

Konfrans təşkilatçıları yeni imkanlar kimi teleyayımın rəqəmsal yayıma keçməsini görürlər. Bir tərəfdən bu tezlik ayrılması problermini aradan qaldırır, digər tərəfdən isə tele-radio kanalların məzmunun keyfiyyətini yaxşılaşdırmaq baxımından yeni texniki imkanlar yaradır.

ATƏT təmsilçisi Nikolas Detsh yeni imkanların telekanallarda plüralizmin genişləndirməsinə şərait yaradacağını qeyd edərək 2013-cü il seçkilərilə bağlı bunun vacib olduğunu vurğulayıb.

Rabitə və İnformasiya Texnologiyaları nazilriyinin (RİTN) son məlumatlarına görə, rəqəmsallıq Azərbaycan ərazisinin 87%-ni əhatə edir.

“Nazirlik Azərbaycana daha aparıcı texnologiyaları gətirməyə səy etməklə zamanla ayaqlaşmaq istəyir”-deyə nazilriyin ictimaiyyətlə əlaqələr idarəsinin təsmilçisi Qulam Abdullayev bildirib.

O, rəqəmsal yayıma keçidin təkcə nazirlikdən asılı olmadığını, texniki yeniləşməni həyata keçirən teleşirkətlərin özlərindən də asılı olduğunu nəzərə çatdırıb.

RATİ rəhbəri Emin Hüseynovun fikrincə, “Telradio” İstehsalat Bilriyinin inhisarında olan yayım sabit yayıma təhlükədir və dolayısı ilə telekanallara təzyiq vasitəsidir.

“Bu dövlət qururmunun özəlləşdirilməsi və bazara digər iştirakçıların çıxması zərurətə dönüb”, E.Hüseynov qeyd edib.

Q.Abdullayev “belə xidmət göstərməyi bacaran şirkəytlər ortaya çıxdıqda onlarla əməkdaşlıq eədckləri” bəyanatı səsləndirib.

Konfransda məsələnin texniki tərəflərindən əlavə, teleşirkətlərin peşəkarlıq və hüquqi fəaliyyət istiqamətlərinə də diqqət yetirlib.

İREX beynəlxalq təşkilatının hüquqşünası Ələsgər Məmmədli Avropada dövlət yayımı olmadığına diqqət çəkib.

“Azərbaycvan hökumətinin Avropa Şurası önündə götürdüyü Az.TV-ni “dövlətsizləşdirməsi” öhdəliyini 11 ildir ki, yerinə yetirilmir. Bu bir yana, bu teleşirkətin bazası əsasında “İdman” və “Mədəniyyət” kimi yeni teleşiekətlərin yaradılması kimi təhlükəli meyli görürük”, o qeyd edib.

Litvanın təcrübəsinə istinad edən Ə.Məmmədli telekanalların biznes sahəsi kimi cəlbedici olmaları və dövlətin təsirinin azalması üçün onlara müddətsiz lisenziya verilməsini məqsədəuyun sayıb.

Ölkənin 10 mərkəzi telekanalından tədbirə qatılan yeganə “İctimai” telekanalın təmsilçiləri Tahir Məmmədov və Anar Yusifoğlu İTV-nin bütün ictimai maraqları nəzərə aldığını təsdiq etməyə çalışıb.

T.Məmmədov İTV-nin siyasiləşmədən və siyasiləşmiş proqramlardan kənarda qalmaq isətdiyini etiraf edib.

O qeyd edib ki, teleşirkət məişət və sosial məsələlərə, habelə maarifləndirmə işinə üstünlük verir və bununla birgə müxalifətin fəaliyyətini və aksiyalarını işıqlandırır.
Amma RATİ-nin keçirdiyi monitorinq telekanalda plyüralizm və ictimai maraqlara riyaət məsələsində problemlər olduğunu üzə çıxarıb.

Ekspert Pəşad Əliyevin monitorinqin nəticələrinə dair təqdimatı göstərdi ki, telekanalda həqiqi plüralizm yoxdur, müxalifətə yer verilməyib, birtərəfli olaraq iqtidarın müsbət xarakterli təbliğatı gedir.

Monitorinq ANS, Az.TV,ATV, “Lider”, “Space” telekanallarını və “AzərTAC” dövlət informasiya agentliyini əhatə edib. Plüralizmin bəzi elementləri ancaq ANS və İTV-də qeydə alınıb.

“Elşad Abdullayev və Gülər Əhmədovanın böyük ictimai rezonans yaradan işinə telekanallar nəzər yetirməyib. Öz-özlüyünfdə bu fakt çox şey deyir”, R.Əliyev bildirib.
RATİ-nin keçirdiyi Azərbaycanın yayım mediasında siyasi müxtəlifliyin monitorinqi bu sahədə plüralizmin olmadığnı göstərir. Monitorinq AzTV, İTV, ANS, Space, Lider, ATV telekanallarını, İctimai radionu və AzərTac dövlət agentliyini əhatə edib:

- Monitorinqi həyata keçirilmiş media orqanları siyasi müxtəlifliyə çox az yer ayırır, bununla da vətəndaşları dövlətin fəaliyyəti barədə obyektiv məlumat almaq imkanından məhrum edir.

- Dövlət administrasiyasının xəbər orqanı olan AzTV-nin fəaliyyətinin əsas istiqaməti İlham Əliyevin yeganə alternativsiz ölkə başçısı olması və gələcəkdə də onun yenidən prezident olacağı barədə ictimai rəy formalaşmaqdan ibarətdir.

- İctimai yayımçı (İctimai TV) müstəqil və obyektiv siyasi xəbər mənbəyi kimi fəaliyyət göstərmir, dövlət və müxalifətin siyasi problemləri birgə müzakirə etməsinə, yəni siyasi fikir müxtəlifliyinə şərait yaratmır.

- Özəl yayımçı olan ANS TV məlumatlarında prezidentə, hökumətə və YAP-a daha çox yer ayırsa da, digər kanallarla müqayisədə bu kanalda müxtəliflik müşahidə olunur.

- Digər özəl yayımçılar isə dövlət kanalları kimi dövlət rəsmilərinin fəaliyyətini tənqid etmədən və geniş formada işıqlandırır. Bu isə vətəndaşları hazırkı hakimiyyətin dövlət işlərini necə həyata keçirməsini qiymətləndirmək imkanından məhrum edir.

- İctimai Radioda siyasi, ictimai və sosial xarakterli verilişlər hazırlanmır. “AzərTAc”-da İlham Əliyevin işıqlandırılması mütləq çoxluq təşkil edir.
XS
SM
MD
LG