Accessibility links

Rusiyanın 2010-cu ildə xarici siyasət kursu: Qərblə yaxınlaşmaq və müasirləşmək


Rusiya prezidenti Dmitri Medvedev Brüsseldə Avropa Birliyinin liderləri ilə görüşdə
Rusiya prezidenti Dmitri Medvedev Brüsseldə Avropa Birliyinin liderləri ilə görüşdə

Rusiya rəhbərliyinin əvvəlki şöhrətini bərpa etmək səyləri boşa çıxdı. Öz ambisiyalarını azaldaraq, liderlər praqmatik bir şüar irəli sürdülər-“ müasir müttəfiqlik.”

2010-cu ildə qərblə münasibətlərin yaxşılaşdırılması kursu götürmüş Rusiyada xarici siyasət sahəsində ən böyük dəyişiklik kimi rəqib ölkələr olan Polşa və Birləşmiş Ştatlarla əlaqələrin yaxşılaşdırılması göstərilir.

Deyirlər, Kremldəki adamlar gülmür. Sovet İttifaqı Kommunist partiyasının baş katibi Nikita Xruşşov BMT-də ayaqqabısını masaya vurmaqla yadda qalıb. Sovet İttifaqının xarici işlər naziri Andrey Qromıko isə “Qrim Qrom”, ya da “Cənab Yox” adını qazanmışdı.

Lakin 2010-cu ilin yazında Rusiya prezidenti Dmitri Medvedev qərbin qarşısına yeni, dost üzlə çıxdı. Avropalı müxbirlə söhbətində o demişdi:”Mən Rusiyanı gülümsəyən görmək, onun müasir və gənc bir simaya malik olmasını istəyirəm.”

2010-cu ildə neft qiymətlərinin bir barrel üçün 90 dollar həddinə düşməsinə baxmayaraq, Gürcüstana müdaxilədən sonra xarici investorlar Rusiyaya qayıtmadı. Rusiyanın müttəfiqləri olan Belarus, Şimali Koreya, Venesuela və Zimbabve isə “məğlublar klubu” kimi tanınır.

Çin və Rusiya iqtisadi baxımdan yerlərini dəyişdi. Siyasi təhlilçi Konstantin Von Eggert deyir ki, ruslar Çinin durmadan yüksəlişindən daha artıq gileylənməyə başlayıb. “Bir cəhət də odur ki, Çinin iqtisadi, siyasi və hərbi qüdrəti Rusiyanın sərhədlərində artır. Çin Rusiyanı Mərkəzi Asiyadan sıxışdırır. Rusiyanın özünün daha kiçik tərəfdaşı olduğunu hər dəfə daha artıq nümayiş etdirir.”-deyə o bildirir.

Rusiya rəhbərliyinin əvvəlki şöhrətini bərpa etmək səyləri boşa çıxdı. Öz ambisiyalarını azaldaraq, liderlər praqmatik bir şüar irəli sürdülər-“ müasir müttəfiqlik.”

Karneqi Mərkəzinin Moskva bürosunun direktoru İqor Ternin post-imperialist Rusiya haqda kitab yazır. “Rusiya liderləri bir iş gördülər. Onlar xarici işlər nazirliyindəki adamlara dedilər ki, Rusiyanın dağılmaqda olan imici, bu fasadı, böyük gücü dəstəkləməyə davam etmək kifayət deyil. Buna görə Rusiya xarici siyasətdə özünün müasirləşdirilməsi üçün xarici mənbə ola biləcək ölkələrə üz tutmaq kimi missiya seçdi.”-deyə o bildirir.

Ruslar şikayət edir ki, Çin Rusiyaya xam mənbə kimi baxır. Bunun əksinə olaraq, Avropa Rusiyanı sənaye investisiyalarının başladığı sərhəd olaraq görür. Lakin Avropa ilə əməkdaşlıq qarşısında maneə iki ölkə-Birləşmiş Ştatlar və Polşa ola bilər.

Moskvanın Vaşinqtonla münasibətləri yenidən qurması realdır. Rəsmi Moskva Rusiya rəsmilərinin “provokasiya” adlandırığı sınaqlardan çıxa bildi.

Buraya Rusiya prezidenti Dmitri Medvedevin Vaşinqtona səfərindən 3 gün sonra rus casuslarından ibarət qrupun ABŞ-da fəaliyyətlərinin üstünün açılması, Rusiya silah alverçisi Viktor Boutun Banqkokdan Nyu Yorka deportasiya edilməsi və ABŞ-da ara seçkilərindən sonra respublikaçıların yeni Start müqaviləsinə etirazları daxildir.

Müsbət inkişaflara gəldikdə, Rusiya İranın nüvə obyektlərinin qorunması üçün nəzərdə tutulmuş zenit raketləri satışını ləğv etdi. Bunun əvəzində, Vaşinqton Rusiyanın Dünya Ticarət Təşkilatına daxil olmasına kömək edir. Vaşinqton habelə Əfqanıstanı möhkəmlədərək Rusiyanın cənub sərhəddini qoruyur və radikal islamın Mərkəzi Asiyaya keçməsinə imkan vermir.

Siyasi təhlilçi Von Eggert: ”Rusiyanın siyasi zümrəsi, Rusiya rəhbərliyi ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin Əfqanıstandan çıxmasından sonra nələrin baş verə biləcəyini böyük qorxu, dəhşətli bir qorxu hissi ilə təsəvvür etməyə çalışır. Rusiyanın Mərkəzi Asiya ilə sərhədləri zəifdir, buna görə də Taliban Qırğızıstan, Tacikistan, ya da Özbəkistan kimi yerlərə keçsə bu, Rusiya üçün çox böyük zərbə olacaq.”

Vaşinqtonla münasibətlərin yaxşılaşması Rusiyaya Amerika investisiyaları üçün yol açır. Pepsi Rusiyanın ən böyük süd və şirə məhsulları şirkətini alıb. Bu, Rusiyada ABŞ-ın aldığı böyük şirkətdir.

Rusiyanın Avropa Birliyinə daxil olmasının qarşısı Polşa tərəfindən blok edilir. Bu istiqamətdə ən böyük maneə İkinci Dünya müharibəsi zamanı Stalinin gizli polisi tərəfindən minlərlə polşalı məhbusun Xatın meşəsində qətli idi.

Aprel ayının 7-də baş nazir Vladimir Putin Polşanın baş naziri Donald Taskla Xatın memorialında dua mərasimində iştirak edərək, Polşa ilə münasibətləri normallaşdırmaq istəyini nümayiş etdirdi. Lakin üç gündən sonra böyük faciə baş verdi. Polşa prezidenti və onunla bərabər yüksək səviyyəli hökumət rəsmilərini daşıyan təyyarə Xatın yaxınlığında qəzaya uğradı.

Rusiya prezidenti Dmitri Medvedev Polşa ilə münasibətlərin normallaşması səylərini davam etdirərək, Varşavada dəfn mərasimində iştirak etdi, Polşanın iştirakı ilə birgə təhqiqatın aparılması haqda göstəriş veri və Rusiya parlamentinin Xatın faciəsinə görə Stalinin məsuliyyət daşıdığına rəsmən səs verməsinə nail oldu.

Keçən həftə prezident Dmitri Medvedev on illərdən sonra Polşaya rəsmi dövlət səfəri edən ilk Rusiya dövlət başçısı kimi polyakları xoş təbəssümünə qərq etdi.

O, sovet əleyhdarı polyak kino-rejissor Andjey Valdanı Rusiyanın Xalqlar Dostluğu Ordeni ilə təltif etdi. Valda 2007-ci ildə Polşa ordusunun zabiti olan atasının da həyatına son qoyan Xatın haqqında film çəkib.

2010-cu ildə inkişaflar və tənəzzüllərdən sonra prezident Medvedev və baş nazir Putin qərbin ürəyini almaq üçün birgə iş görürlər. Hərbi məsələlər üzrə təhlilçi pavel Felqenhauer xəbərdarlıq edir ki, qarşılıqlı etibarın yaratması illərlə vaxt apara bilər.

“Polşa ilə münasibətlərin ictimai əlaqələr baxımından yenidən qurulması çox yaxşı gedir. Lakin əsaslara baxanda münasibətlər hələ də gərgindir.”-deyə o bildirir.

Lakin Çinin şərqdə qüdrəti artdıqca, Rusiya da qərblə əlaqələrini möhkəmləndirmək əzmindədir.



XS
SM
MD
LG