Accessibility links

Rusiya - İlin yekunları


İlin yekunları - Rusiya
please wait

No media source currently available

0:00 0:04:58 0:00

İlin yekunları - Rusia

Vladimir Putinin altı il müddətinə prezident kimi yenidən Kremlə qayıtması qəzəbli etiraz nümayişləri ilə qarşılandı.

Onun inaqurasiyası günü avtomobil karvanı Moskvanın boş kücələri ilə şütüyürdü. Polis bayram günü elan edilən inaqurasiya günü küçələri boşaltmışdı.

Nümayişlərin təşkilatçısı Vladimir Rıjkov Vladimir Putinin avtoritar lider olduğunu və ölkəni təcrid edilmiş şəkildə idarə etdiyini deyir.

Vladimir Rıjkov:”Putinin Kremlə qayıtdıqdan sonra son altı ayda idarəçiliyinə diqqət yetirsəniz, onun daha da mühafizəkar, pravoslav kilsəsinə daha çox meylli olduğunu, daha çox qərb əleyhdarı və daha da avtokrat olduğunu görərsiniz.”

Avtoritar idarə üsuluna bir misal kimi qadınlardan ibarət “Pussy Riot” qrupunun üzvlərinin Moskvanın baş kilsəsində prezident Putin əleyhinə etiraz aksiyası keçirdiyinə görə həbs edilməsini göstərmək olar.

Qrup üzvlərinin iki il həbs cəzası alması pravoslav kilsəsinin prezidentə dəstəyinin artmasına gətirib çıxarmışdır.

Kremlin Amerikanın Rusiyada proqramlarının kəsilməsi və kazak dəstələrinin Moskva küçələrində keşik çəkməsi qərarları millətçilərin sevincinə səbəb olmuşdur.

İqtidar partiyası xarici ölkələrin sponsorluğu nəticəsində təxribatdan narahat olaraq, mitinqlərin keçirilməsi və internetə çıxışa məhdudiyyətlərlə bağlı qanun layihələrini Dumada təsdiq etməyə tələsdi. Yeni qanunlar keçən il leqal hesab edilən siyasi fəallar və siyasi aksiyalara bundan sonra “xarici agent” və “dövlətə xəyanət” damğası vurulmasına imkan verdi.

Pravoslavlıq, avtokratiya və millətçilik Rusiya çarlarının 150 il istifadə etdiyi bir formul idi. Lakin bu formul 2013-cü ildə işə yarayacaqmı?

Prezident Putin rusların ilk növbədə qanun-qaydanın təmin olunmasını istədiyini deyib.

Vladimir Putin: ”1990-cı illərin anarxiyası bazar iqtisadiyyatı və demokratiyanın nüfuzdan düşməsilə nəticələnib. İnsanlar qorxmağa başlayıb. Mən inanıram ki, qayda-qanuna və nizama əməl olunması demokratiyaya zidd deyil.”

Müxalifət lideri Rıjkov məsələyə fərqli yanaşır.

Vladimir Rıjkov”Rusiya cəmiyyətinin böyük hissəsi hələ də yarı-sovet, yarı-çar dövrü təfəkkürünə malik insanlardan ibarətdir. Bu da düşmənlər və ən birincisi, amerikalılar tərəfindən əhatə olunan güclü əl, böyük dövlət və ölkə ideyasına əsaslanan olduqca köhnə bir fikir və metodologiya deməkdir.”

Dekabrın 12-də prezident Vladimir Putin onun rejimini nüfuzdan salmaq cəhdlərinə qarşı bir il sürən kampaniyanı bir daha təsdiq etdi.

Vladimir Putin:”Ölkə daxilində siyasi proseslərə birbaşa və dolayısı ilə müdaxilə etmək qəbuledilməzdir. Siyasi fəaliyyətinə görə xarici ölkələrdən maliyyə alan və xarici maraqlara xidmət edən siyasətçilər Rusiya Federasiyasında siyasətçi ola bilməzlər.”

O, ruslara inqilab deyil, islahat vəd etmişdir.

Vladimir Putin: “Siyasi sistemdə dəyişiklik və müasirləşmə təbii və zəruri məsələlərdir. Lakin dövlətin dağılması naminə dəyişiklik istəyinə pul vermək qəbuledilməzdir.”

Nümayişçilərin diqqətini məsələlərdən çəkindirmək üçün o, korrupsiya ilə mübarizə aparılacağına söz verib.

Lakin amerikalı sahibkar Bernadr Suker buna skeptik yanaşır.

Bernard Suker:”Masanın yuxarı başında kürsülərin çox az dəyişdiyini görürük. Bu, korrupsiya kimi sistematik və proqramlı məsələnin həlli ilə eyni şey deyil.”

Həm Putinin opponentləri, həm də onun tərəfdarları bir məsələdə razıdır ki, onun hakimiyyətdə olduğu ilk altı ay yəqin ki, növbəti altı ildə götürüləcək istiqamətə işarə edir.
XS
SM
MD
LG