Accessibility links

İlin yekunları:ABŞ-Rusiya münasibətləri


İlin yekunları:ABŞ-Rusiya münasibətləri
İlin yekunları:ABŞ-Rusiya münasibətləri

20 il bundan əvvəl Sovet İttifaqının dağılmasından sonra Birləşmiş Ştatlar və Rusiya soyuq müharibə dövrünün düşmənçiliyini bir kənara qoydu. Müəyyən fikir ayılıqları hələ qalsa da, ABŞ və Rusiya müxtəlif məsələlərin həllində daha çox əməkdaşlıq göstərir

Birləşmiş Ştatlar və Rusiya hələ də silah başlıqlı minlərlə raketə malikdir və bir-birini bir düyməni basmaqla məhv edə bilər.

Lakin bu raketlər soyuq müharibə dövrü olduğu kimi o biri ölkənin şəhərlərinə yönəlməyib.

ABŞ prezidenti Barak Obamanın Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını xarici siyasət sahəsində prioritet etməsi ABŞ və Rusiyanın uzunmənzilli raketlərin ixtisarına dair START müqaviləsini ratifikasiya etməsilə nəticələndi.

Corctaun universitetində Rusiya üzrə ekspert Angela Stent: “İndi bu silah başlıqlarının əhəmiyyəti yoxdur, soyuq müharibə başa çatıb. Buna görə də silah başlıqlarının sayını kəskin azaltdıq və gələcəkdə də bunu edəcəyik. Fikrimcə, bu, mühüm inkişafdır.”

Stentin sözlərinə görə, Moskva və Vaşinqton arasında habelə Əfqanıstana dair mühüm razılaşmalar var: “Bu o deməkdir ki, biz şimal nəqliyyat yolu vasitəsi ilə Rusiya ərazisindən hərbi təchizat daşıyırıq. Birləşmiş Ştatların Pakistanla münasibətləri getdikcə daha da mürəkkəbləşir və bu təchizat yolu bizim Əfqanıstanda əməliyyatlarımız üçün olduqca mühüm rol oynayır.”

Moskva həmçinin BMT-nin İrana qarşı daha ciddi sanksiyalarını dəstəklədi və Tehrana S-300 raketlərinin çatıdırılmasından imtina etdi.

Bunlarla yanaşı, Rusiya hökuməti Liviya üzərindən uçuşlara qadağa zonasına etiraz etmədi.

Lakin Angela Stent deyir ki, tərəflər arasında ABŞ-ın Avropada raketlərdən qarşı müdafiə sisteminin yerləşdirilməsi planları ilə bağlı fikir ayrılqıları mövcuddur: “Biz onlara dəfələrlə başa salmağa çalışdıq ki, sistem İranın nüvə silahları istehsalı planları ilə, Şimali Koreya ilə, bizə təhlükə törədən ölkələrlə əlaqədar narahatlıqlarla bağlıdır. Bu, Rusiyaya qarşı yönəlməyib.”

Gələn il mart ayında ruslar prezident Dmitri Medvedevin yerinə yeni prezident seçəcək. Seçkilərin favoriti belə görünür, keçmiş prezident və hazırkı baş nazir Vladimir Putindir.

Eksperlərin çoxu Putinin prezidentliyinin Medvedevin prezidentliyindən fərqlənib-fərqlənməyəcəyi ilə maraqlanır.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Brent Skoukroft: “Fikrimcə, fərqlənməyəcək, çünki Putinin qərarverən bir qüvvə olduğu tamamilə aydın idi. Buna görə də fərqli olacağını düşünmürəm.”

ABŞ-ın Moskvadakı keçmiş səfiri Tomas Pikerinq isə deyir ki, ölkəni kimin idarə etməsindən asılı olmayaraq, Rusiyaya diqqət verilməlidir: “Rusiyada xoşumuza gəlməyən cəhətlər var və həmişə olacaq. Rusiya da bizdə olan bəzi cəhətlərdən xoşlanmır. Amma birgə yaşayış zərurəti kimi, bir sıra ümumi cəhətlərimiz də var.”

2012-ci ildə amerikalılar da prezident seçkisində səs verəcək. Buna görə də 2013 ilin əvvəli hər iki ölkədə yeni liderin ola biləcəyi ehtimalı var.

XS
SM
MD
LG