Accessibility links

Yədulla Kənani: Milli Hökumət İran Azərbaycanında milli varlığı meydana çıxardı [Audio]


Yədulla Kənani
Yədulla Kənani

Güneyli fəal milli hökümətin çökməsinə yol açan daxili və xarici amillərdən danışır

Yədulla Kənani Azərbaycan Milli Höküməti liderləri arasında vaxtikən müəyyən dərəcədə ixtifaların mövcud olduğunu deyir. Onun dediklərinə görə 1946-cı ildə Seyid Cəfər Pişəvəri başda olmaqla bir qrup müqavimət göstərmək istəsə də, əksəriyyət danışıqlar və Tehranın şərtlərini qəbul etmək yolunu seçdi.

Yədulla Kənani Milli Hökumətin üzləşdiyi sınaqlardan danışır
please wait

No media source currently available

0:00 0:18:54 0:00

Azərbaycan Respublikasında mühacirətdə yaşayan güneyli siyasi fəal Amerikanın Səsi ilə söhbətdə 1945 dekabrın 12-də güneydə qurulmuş qısa ömürlü Azərbaycan Milli Hökümətinin quruluş ildönümündə bu hökümətin yaranma və devrilmə prosesi haqqında danışıb.

Yədulla Kənaninin sözlərinə görə, Seyyid Cəfər Pişəvəri başda olmaqla firqə liderlərindən bir qrup iki üzlü siyasət yürüdən İran hakimiyyətinə qarşı müqavimət etməyi təklif edərkən daxili işlər naziri Salamulla Cavid daxil olmaqla əksəriyyətin mövqeyi mərkəzi hökümətin şərtlərini qəbul etmək və müzakirələri sürdürməkdən yana olub.

O, bu istiqamətdə daxili amillərlə birlikdə xarici amillər o cümlədən, SSRİ və ABŞ dövlətlərinin siyasətlərinin təsirini dəyərləndirib. Kənani həmçinin Milli Hökümət liderləri arasında mövcud olan görüş fərqliliyi və ixtilaflara işarə edib.

Azərbaycan Demokrat Firqəsi və daha sonra Milli Hökümətin yaranması istiqamətində aparılan fəaliyyətlər, eləcə də bu prosesesdə təşkil olunmuş qurultaylar və seçkiləri şərh edən Yədulla Kənani Azərbaycan Milli Hökümətinin demokratik təməllər üzərində qurulduğunu vurğulayır.

Milli Məclis - Azərbaycan Milli Höküməti
Milli Məclis - Azərbaycan Milli Höküməti

Onun fikrincə, Milli Hökümətin əldə etdiyi başlıca qazanc bir yandan dünyaya İranın çoxmillətli bir ölkə olduğunu göstərmək, digər yandan isə İran Azərbaycanında bir milli varlığı ortaya çıxarmaq olub.

Kənani Milli Hökümətin devrilməsinə yol açan amilləri daxili və xarici amillər olmaqla iki yerə bölərək, İran hakimiyyəti habelə Amerika və Sovetlər Birliyi tərəfindən yürüdülən və milli hökümətin taleyini əlaqələndirən siyasətlər və icraatı dəyərləndirir.

Bakıda yaşayan güneyli fəalın sözlərinə görə, beynəlxalq şəraitin dəyişilməsi Sovetlər Birliyinin milli hökümətə sözünü vermiş olduğu dəstəyi çəkməsinə səbəb olur və İosif Stalin Seyid Cəfər Pişəvəriyə məktub yazaraq artıq kömək edə bilməyəcəyini bildirir.

İran ordusu bir gurultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalımca bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı.
ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas

Kənaninin fikrincə, Sovetlər İrandan aldığı imtiyazlara görə dəstəyini çəkmir, bəlkə, beynəlxalq şəraitin dəyişilməsi ilə bərabər dəstəyini çəkdiyinə görə İrandan imtiyazlar alır.

Güneyli fəal milli hökümət liderləri arasımda mövcud olan fərqli görüşlər haqqında da danışır.

Onun dediklərinə görə, Seyyid Cəfər Pişəvəri başda olmaqla firqə liderlərindən bir qrup iki üzlü siyasət yürüdən İran hakimiyyətinə qarşı müqavimət etməyi təklif edərkən daxili işlər naziri Salamulla Cavid daxil olmaqla əksəriyyətin mövqeyi mərkəzi hökümətin şərtlərini qəbul etmək və müzakirələri sürdürmək olub.

Lakin, Tehran Azərbaycan Demokrat Fiqəsi ilə apardığı müzakirələrdə qəbul etdiyi anlaşmalara əməl etmədi. 1945-ci ilin dekabrında Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulan Azərbaycan Milli Höküməti 1946-cı ilin dekabrında İran ordusunun Azərbaycan şəhərlərinə hücumu ilə devrildi.

“İran ordusu bir gurultu ilə Azərbaycana geri döndü. Əsgərlər başıpozuq şəkildə yağma və qarət edərək istədikləri hər şeyi götürürdülər... İran ordusu -- azadlıq ordusu -- [əslində] vəhşi bir işğal ordusuydu. O, xalq üzərində zalımca bir iz buraxdı. Kəndlilərin məhsulu yandırıldı, qadınlar və qızlarına təcavüz edildi. Evlər talan edildi, mal-qara oğurlandı. Ordu nəzarətdən çıxmışdı. Onun missiyası azad etmək imiş, ancaq o, qeyri-hərbi insanları ovladı, arxada ölüm və yıxıntı buraxdı,” deyə o illərdə Azərbaycana səfər etmiş ABŞ Ali Məhkəməsinin hakimi William O. Douglas Qəribə Torpaqlar və Mehriban Xalq adlı kitabında İran ordusunun Azərbaycan şəhərlərinə hücumunu təsvir edir.

XS
SM
MD
LG