Accessibility links

"Bizi Araz çayı ilə qorxudurdular" [Video]


Elyaz Yekənli İran Azərbaycanında milli şüurun yaranmasından, öz məhbus taleyindən danışır

Güney Azərbaycan milli oyanış hərəkatının fəalı sabiq məhbus Elyaz Yekənli Amerikanın Səsinin qonağı olub. İranda təqiblərə məruz qaldıqdan sonra ABŞ-a mühacirət etmiş cənab Yekənli müsahibədə milli mədəni hüquqlar uğrunda keçdiyi mübarizə yolu haqda danışıb. ,

Uşaqlıq xatirələrini paylaşan cənab Yekənli deyir ki, hələ azyaşlı olarkən o, Araz çayını tez-tez seyr edər və çayın o tayındakılar haqda maraqlanardı. Onun kimi bir çox azərbaycanlılara aşılanırdı ki, Araz çayının şimal sahilləri Rusiyadır, və həmin o məkanda insanların öldürüldüyü, işgəncələrə məruz qaldıqları deyilirdi. Hətta Araz çayının özü təhlükəli, boğucu bir qüvvə kimi uşaqların beyninə təlqin olunurdu.

Elyaz Yekənlinin sözlərinə görə məktəb yaşlarında fars dilli tədris sistemi onu üçün bir çox çətinliklər yaradırdı. Belə ki, sinif otağında keçilən dərslər doğma dildə keçilmirdi. İstər Pəhləvi rejimi dönəmində, istərsə də islamçıların hakimiyyəti altında azərbaycanlıların milli kimliyi tanınmır və onlar müxtəlif növ diskriminasiyalara məruz qalırdılar. Amma evdə onlar Azərbaycan musiqiləri dinləyər, doğma dildə filmlərə baxardılar.

Elyaz Yekənli deyir ki, onun milli hərəkata qoşulmasında əsas ilhamverici şəxsiyyət Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy olub.
XS
SM
MD
LG