Accessibility links

Canet Yellen Federal Ehtiyatlar Fondunun rəhbəri vəzifəsinə nominasiya edilib


ABŞ prezidenti Barak Obama hazırda ABŞ Federal Ehtiyatlar Fondunda vitse-prezident vəzifəsini icra edən Canet Yelleni fondun rəhbəri vəzifəsinə nominasiya edib.

Prezident beş il əvvəl ABŞ iqtisadiyyatında böhran haqda erkən xəbərdarlıq etməsinə görə Yellenin əməyini yüksək qiymətləndirib.

Təyinatı qəbul edən Yellen fondun ixtiyarında olan imkanlardan 7.3 faiz işsizlik səviyyəsini azaltmaq üçün istifadə edəcəyini deyib. Hazırkı işsizlik səviyyəsi ABŞ iqtisadiyyatı üçün tarixi göstəricilərə görə rekord rəqəm sayılır.

ABŞ senatı təyinatı təsdiqləsə, Yellen vəzifə müddəti yanvarın 31-də başa çatacaq Ben Bernankeni əvəzləyəcək. Yellen Federal Ehtiyatlar Fondunun 100 illik tarixində ilk qadın rəhbər olacaq.

Yellen Bernankenin ABŞ iqtisadiyyatını dirçəltmək məqsədi ilə qısa müddətli kredit faizlərini sıfır faizə endirmək siyasətini dəstəkləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG