Accessibility links

Yemək sənayesinin gənclərə yaratdığı imkanlar [Video]


Biz hamımız qidalanmalıyıq, ona görə də yemək sənayesinin hər zaman müştəriləri olur. Yeni ideyaları olan gənc insanlar üçünsə bu sənaye həm yeni iş yeri həm də icma üzərində öz izini qoymaq şansı yaradır.

Yeni biznes və ya yeni karyeraya başlamaq yaranan imkanlara diqqət göstərməkdən asılıdır.

“Bu sosial transformasiya üçün bir alətdir. Biz inanırıq ki, yemək və ya yeməkbişirmə təlimləri ilə biz insanların həyatlarını dəyişə bilərik. Bu isə onları təməl biliklərlə təmin etməkdir ki, onlar özləri özlərini professionla olaraq inkişaf etdirə bilsinlər.

Los Anceles kimi iri bir şəhərdə Chinatown tanınan çin məhəllələri ucuz və dadlı yeməklərin məkanı kimi tanınır.

Amma bu məhəllələrin demoqrafiyası dəyişir və onunla birgə yeməklərin dadı da.

Çin restoranları bağlanır və bu da kirayənin ucuzlaşmasına səbəb olur. Kiçik büdcəli sahibkarlar isə bunu yeni bir şeyi təcrübədən keçirmək üçün münasib risk olaraq görür.

“Onlar bu imkandan faydalanmağa başladılar. Ona görə də burada maraq doğuran fikirləri amma eyni zamanda az pulları olan çox sayda gənc aşpazlar var. Onlar Chinatowna gəlirlər, çünki burda biznes açmaq daha asandır və burda onların yeməyklərinə daha çox maraq göstərən kütlə var.”

Conni Zon və onun həyat yoldaşı Amanda Çapman burada Naşvil üslubu ilə qızardılmış bibərli toyuq satmağa başladılar və qısa müddət ərzində bizneslərinin sürətlə inkişaf etdiyini gördülər, çünki onların verdiyi yemək orada olanlardan fərqlidir.

“LA-də bizdən əvvəl Naşvil üsulu qızardılmış isti bibərli toyuq satılmırdı. İndi biz Los Ancelesdə yeganə qızardılmış toyuq restoranıyıq.”

Bu yeni restoranları idarə edən bəzi aşpazlar Gastromotiva adlanan kulinariya hərəkatının yetirmələridir.

2006-ci ildə Braziliyada beynəlxalq aşpaz lideri Deyvid Hertz tərəfindən başladılan və daha sonra Meksikaya ayaq açan bu hərəkat gənc imkansız insanlara aşpaz və iaşəçi olmaları üçün təlim verən kurslar təklif edir.

“Bu sosial transformasiya üçün bir alətdir. Biz inanırıq ki, yemək və ya yeməkbişirmə təlimləri ilə biz insanların həyatlarını dəyişə bilərik. Bu isə onları təməl biliklərlə təmin etməkdir ki, onlar özləri özlərini professionla olaraq inkişaf etdirə bilsinlər.”

Elə bir an gəlir ki, uğurların sayəsində ətrafındakı reallığı görürüsən və anlayırsan ki, səndə insanları cəlb edən və ruhlandıran bir güc var. Bu hərəkat vasitəsilə biz elə bunu edirik.

Gastromotiva şirkətlər, universitetlər və şəxsi donorlar tərəfindən maliyyələşdirilir. Onlardan biri restoran sahibi Alexandro De La Penadır. O, gələcək aşpazların təhsilini maliyyələşdirməyin vacibliyini anlayır.

“Elə bir an gəlir ki, uğurların sayəsində ətrafındakı reallığı görürüsən və anlayırsan ki, səndə insanları cəlb edən və ruhlandıran bir güc var. Bu hərəkat vasitəsilə biz elə bunu edirik.”

Gastromotiva bildirir ki, tələbələrin 80 faizi kursları bitirəndən sonrakı bir il ərzində iş tapır. Çoxları üçün bu hərəkat həyatlarının dönüş nöqtəsi olub.

“Mənim üçün bu əlçatmaz idi. Ona görə də bu hərəkat barədə eşidəndə, bunun mənim çoxdandır axtardığım imkan olduğunu anladım, çünki təhsilimi ödəyəcək vəsaitlərim yox idi.”

Dörd ay davam edən kursda tələbələrə desert də daxil olmaql bir çox çeşidli yemək hazırlamaq öyrədilir.

XS
SM
MD
LG