Accessibility links

Yəməndə Əl-Qaidə yaraqlılarına qarşı əməliyyat zamanı 3 əsgər həlak olub

  • Amerikanın səsi

Yəməndə Əl-Qaidə yaraqlılarına qarşı əməliyyat zamanı 3 əsgər həlak olub

Yəməndə Əl-Qaidə yaraqlılarına qarşı əməliyyat zamanı 3 əsgər həlak olub

Yəmən rəsmiləri Əl-Qaidə yaraqlılarına qarşı şənbə günü keçirilən əməliyyatda üç əsgərin həlak olduğunu bildirib. Rəsmilər teerrorçu qrupla əlaqəsi olan ruhaninin qətlindən bir gün sonra bu gün bildiriblər ki, əsgələr Zincibar şəhərində toqquşma zamanı həlak olub. Təhlükəsizlik qüvvələri yaraqlıların may ayında ələ keçirdiyi şəhərin nəzarətini geri almağa çalışır. Əməliyyat Yəməndə ABŞ-ın pilotsuz idarə olunan təyyarəsi tərəfindən keçirildiyi güman edilən hücum zamanı Amerikada anadan olmuş Ənvər Əl-Əvləki və başqa bir neçə yaraqlının qətlə yetirilməsindən bir gün sonra keçirilib. Əvlaki terror hücumlarında rolu və Ərəbistan yarımadasında Əl-Qaidə qrupu ilə əlaqəsi olduğuna görə həm Yəməndə, həm də Birləşmiş Ştatlarda axtarışda idi. ABŞ prezidenti Barak Obama onun ölümünü terror qrupu üçün böyük zərbə adlandırıb.

XS
SM
MD
LG