Accessibility links

Prezident Əbd-Rəbbu Mənsur Hadi tərəfdarlarının son istehkamı olan liman şəhəri Ədən üsyançıların əlinə keçib. Şəhərdəki prezident sarayı üsyançılar tərəfindən zəbt edilib.

Ölkə prezidenti Əbd-Rəbbi Mənsur Hadi keçən həftə Huti döyüşçülərinin cənubda hücumlara keçdikləri vaxt Ədən şəhərindəki iqamətgahından qaçıb.

Yəməndə şiə üsyançılarla hökumət tərəfdarı qüvvələr arasında döyüşlərin davam etdiyi bir vaxt Əl-Qaidə yaraqlıları bu gün ölkənin cənub bölgəsindəki həbsxanaya hücum edərək, 300 məhbusu azad edib.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Əl-Mükəlladakı həbsxanadan azad edilən məhbuslar arasında Ərəb Yarımadasındakı Əl-Qaidə qrupunun görkəmli xadimi Xalid Batarfi də var.

XS
SM
MD
LG