Accessibility links

Yəmən hökuməti və Huti üsyançıları atəşkəs elan edib


Yəmən hökuməti və Huti üsyançıların paytaxt Sənada bir gün sürən döyüşlərin ardınca elan etdiyi atəşkəsə əməl edildiyi bildirilir.

Döyüşlər belə görünür, Huti üsyançılarının prezident iqamətgahı tərk edən baş nazirin maşın karvanına hücum etməsindən sonra başlayıb. Baş nazir hücum zamanı xəsarət almayıb.

Şahidlərin dediyinə görə, Sənada baş verən güclü atışma və partlayışlar sakinlərin bölgəni tərk etməsinə səbəb olub.

Rəsmilər azı üç nəfərin öldüyünü bildirib. Üsyançıların dövlət mətbuatına məxsus binanı ələ keçirməsi haqda ziddiyytəli məlumatlar verilir.

Yəmənin azlıqda olan Zəidi şiələrinə daha geniş hüquqların verilməsinə çağıran Huti qüvvələri keçən ilin sentyabr ayından Sənanın nəzarətini ələ keçirib.

Huti döyüşçüləri keçən həftə yeni konstitusiya ilə bağlı keçiriləcək yığıncaqdan əvvəl prezident administrasiyasının rəhbərini oğurlamışdı.

Yəməndə üç il bundan əvvəl ölkəni uzun müddət idarə etmiş liderin hakimiyyətdən salınmasından sonra üsyançılar və Ərəbistan yarımadasında Əl-Qaidə də daxil olmaqla başqa qruplar hakimiyyət uğrunda döyüşləri davam etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG