Accessibility links

Yəməndə polis nümayişçilərə hücum edib


Yəməndə polis nümayişçilərə hücum edib
Yəməndə polis nümayişçilərə hücum edib

Yəməndə təhlükəsizlik qüvvələrinin ölkə prezidentinin hakimiyyətdən getməsi tələbi ilə nümayiş keçirən etirazçılara atəş açıb gözyaşardıcı qaz istifadə etməsi zamanı 45 adam yaralanıb. Zorakılıq bu gün Yəmənin Qırmızı dəniz sahilində yerləşən Hodeyda şəhərində prezident Əli Abdulla Salehi 32 illik hakimiyyətinə son qoymaq tələbi ilə minlərlə insanın etiraz etdiyi zaman baş verib. Yerli sakinlərin bildirdiyinə görə, mülki geyimdə olan polis işçiləri atəş açdıığ zaman, polis qüvvələri gözyaşardıcı qazdan istifadə etmiş, nümayişçilər isə buna daş atmaqla cavab vermişlər. Yanvar ayında Saleh tərəfdarı qüvvələr və müxalifət fəalları arasında zorakılıqlar başlayandan 116 insan həyatını itirib.

XS
SM
MD
LG