Accessibility links

Yəməndə hava reydləri zamanı səhvən qəbilə üzvləri öldürülüb(YENİLƏNİB)

  • Amerikanın səsi

Yəməndə hava reydləri zamanı səhvən qəbilə üzvləri öldürülüb(YENİLƏNİB)

Yəməndə hava reydləri zamanı səhvən qəbilə üzvləri öldürülüb(YENİLƏNİB)

Yəmən rəsmiləri ölkənin cənubunda təhlükəsizlik qüvvələrinin yaraqlılara qarşı mübarizə apardığı Zənzibar bölgəsində toqquşmada 24 nəfərin öldüyünü bildirir. Rəsmilər təhlükəsizlik qüvvələrinin əl-Qaidə ilə əlaqəsi olan yaraqlılara qarşı hava reydi zamanı səhvən hökumət tərəfdarı qəbiləyə mənsub 14 adamın öldürüldüyünü bildirir. Ayrı bir insident zamanı silahlı yaraqlılar bölgədə hərbi birləşməni pusquya salıb. Rəsmilər bir zabitin və dörd əsgərin həlak olduğunu bildirir. Döyüşdə azı beş yaraqlının öldürüldüyü deyilir. Əl-Qaidə ilə əlaqəsi olan yaraqlılar prezident Əli Abdulla Salehin istefası tələbi ilə altı aydır Yəməndə nümayişlər keçirildiyi zaman ölkənin cənub bölgələrini ələ keçirib. Cənab Saleh iyun ayında hücumdan sonra müalicə olunmaq üçün getdiyi Səudiyyə Ərəbistanındadır. ABŞ yaraqlıların Yəməndə hökumət əleyhinə nümayişlərdən istifadə edərək, ölkədə mövqeyini genişləndirə və Qərbə qarşı hücumlar həyat keçirə bilməsilə bağlınarahatlığını ifadə edir.

XS
SM
MD
LG