Accessibility links

Yəməndə intiharçı bomba hücumları nəticəsində 11 adam həlak olub

  • Amerikanın səsi

Yəməndə intiharçı bomba hücumları nəticəsində 11 adam həlak olub

Yəməndə intiharçı bomba hücumları nəticəsində 11 adam həlak olub

Yəmən rəsmiləri iki intiharçının həyata keçirdiyi ayrı-ayrı bomba hücumları nəticəsində 11 nəfərin həlak olduğunu bildirir. Rəmsilərin bildirdiyinə görə, hücumlar ölkənin cənubunda, təhlükəsizlik qüvvələrinin əl-Qaidə yaraqlılarına qarşı əməliyyatlar apardığı Abyan vilayətində baş verib. Rəsmilər intiharçılardan birinin bombanı yoxlama məntəqəsində partlaydığını,digərinin isə paartlayıcı maddələri qəbilədə yığıncaq keçirilən zaman işə saldığını bildirib. Yaraqlılar son 6 aydır prezident Əli Abdulla Salehin istefası tələbi ilə nümayişlərin keçirildiyi bir vaxt ərzində Yəmənin cənubundan bir sıra əraziyə nəzarəti ələ keçirib. Prezident Saleh iyun ayında prezident iqamətgahında hücumdan sonra müalicə olunmaq üçün Səudiyyə Ərəbistanına səfər edib və hələ də oradadır.

XS
SM
MD
LG